Məhkəmə qərarları › İş №3(060)-176/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-176/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-176/2023 18.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 11 saylı mənzil istismar sahəsində bağban işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 36 saylı evin yaxınlığında yerləşən Söyüdlük deyilən kafedə Zərərçəkmiş şəxs1 və X2 ucadan nalayiq küçə söyüşləri ilə söyərək təhqir etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 36 saylı evin yaxınlığında yerləşən Söyüdlük deyilən kafedə Zərərçəkmiş şəxs1 və X2 ucadan nalayiq küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, o Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 36 saylı evin yaxınlığında yerləşən özünə məxsus Söyüdlük deyilən kafeni xx.xx.2022-ci il tarixdən Zərərçəkmiş şəxs1 şifahi razılaşmalarına əsasən aylıq 300 manata icarəyə vermişdir. 16 dekabr 2022-ci il tarixdə o Yavərə bildirmişdir ki, kafeni işlədə bilmir, kafeni təhvil versin. Yavər bildirmişdir ki, biraz balıq məhsulu qalıb onu satsın çıxacaq, o da razılaşmışdır. xx.xx.2022-ci ildə günorta saatlarında Yavər zəng vurmuşdur ki, gəl kafeni təhvil verim. O da kafeyə gedərək oturub söhbət etmişlər, o baxıb görmüşdür ki, Yavər orada olan qab-qaçıqları maşına yığmışdır. O Yavərə bildirmişdir ki, sən kafeni təhvil verirdinsə əvvəlcədən xəbərdar edərdin avadanlıqlara və qab-qaşığa baxardım görüm nə götürürsən və əsəbiləşərək pivə aparatının üstündə olan özünə məxsus pivə bakallarını götürüb bir-birinə vurub sındırmış və çölə çıxaraq kafenin qarşısında plasmas yeşikdə olan pivə bakallarını təpiklə vurub bir hissəsini sındırmışdır. Ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 36 saylı evin yaxınlığında yerləşən Söyüdlük deyilən kafedə xx.xx.2022-ci il tarixdən xidmətçi kimi işləmişdir. xx.xx.2022-ci ildə axşam saatlarında kafenin icarədarı Yavər kafenin sahibi Allahyara zəng vurub demişdir ki, sabah gəlsin ki, kafeni təhvil versin. Səhəri gün Yavər onu kafeyə çağırmışdır ki, kafeni təmizləsin təhvil verir. Allahyar kafeyə gəlib hesabkitab çəkəndə Yavər bildirmişdir ki, verdiyi 300 manat icarə haqqından 110 manat qaytaracağını 11 gün qalması, bu zaman Allahyar əsəbiləşərək kafedə Yavəri təhqiredici sözlər deyərək pivə aparatının üstündə olan 15 ədəd pivə bakallarını götürüb bir-birinə vurub sındırmış və birini də onun başının üstündən divara vurmuşdur. Bundan başqa Yavərə məxsus kafenin qarşısında qoyduğu plasmas yeşiyə və içərisində 16 ədəd pivə bakallarına təpik vurub hamısını sındırmış və bu zaman Yavər qorxub onu da götürüb oradan uzaqlaşmışdır. Onun gözünə şüşə girmişdir, telefonu qırılmışdır. Ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 36 saylı evin yaxınlığında yerləşən Söyüdlük deyilən kafeni xx.xx.2022-ci il tarixdən kafenin sahibi Şəxs aylıq 300 manata razılaşıb icarəyə götürmüşdür. 15 gün işlətdikdən sonra Allahyar yaxınlaşıb bildirmişdir ki, işləyə bilmir kafeni təhvil versin. O bildirmişdir ki, biraz balıq məhsulları qalıb onu satıb kafeni təhvil verəcəkdir, o da razılaşmışdır. Səhəri gün Allahyar kafeyə gəlmiş və onlar oturub söhbət etmişlər. O Allahyara verdiyi 300 manat icarə haqqından 110 manat qaytaracağını və 11 gün qalmasını bildirəndə Allahyar əsəbiləşərək kafedə ona təhqiredici sözlər deyərək pivə aparatının üstündə olan 15 ədəd pivə bakallarını götürüb birbirinə vurub sındırmışvə birini də götürüb oradə xidmətçi işləyən İrana adlı qadının başının üstündən divara vurmuşdur. Bundan başqa onun özünə məxsus kafenin qarşısında qoyduğu plasmas yeşiyə yığdığı 16 ədəd pivə bakallarını təpiklə vurub hamısını sındırmış və bu hadisə nəticəsində ona 174 manat maddi ziyan vurmuşdur. O qorxub xidmətiçini də götürüb oradan uzaqlaşmışdır. Ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi, müdafiəçini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, xx.xx.2022ci il tarixdə Sumqayıt şəhəri, 36 saylı evin yaxınlığında yerləşən Söyüdlük deyilən kafedə Zərərçəkmiş şəxs1 və X2 ucadan nalayiq küçə söyüşləri ilə söyərək təhqir etməsi, bu hərəkətləri ilə xırda xuliqanlıq hərəkətləri etməsi təsdiq edilmir, tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermişdir. Bundan başqa, hadisə vaxtı hadisə yerində heç kim olmamışdır. Protokolda qeyd edilən hadisənin törədilməsini təsdiq edən heç bir sübut da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlər təsdiq edilmir, onların arasında şəxsi münasibətlərilə bağlı mübahisə baş vermiş, məhz şəxsi münasibətlərilə bağlı mübahisə zəminində münaqişə baş vermiş, onun qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar