Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1760/2024 30.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Laçın rayonu, Malxələf kəndində doğulmuş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (şəxsiyyət vəsiqəsinin seriyası: AA 1351587) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında ******* №li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-904/2024 saylı inzibati qərarın qüvvəyə minməsindən 25 gün keçməsinə baxmayaraq 500 manat cəriməni dövlət büdcəsinə ödəməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3 maddəsinə görə inzibati həbs tənbeh növündə nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-904/2024 saylı inzibati qərarına əsasən Şəxs 500 (beş yüz) manat inzibati qaydada cərimə olunmuşdur. Qərar qüvvəyə mindikdən sonra borcluya cərimənin ödənilməsi barədə dəfələrlə müraciət olunsa da, borclu maddi imkanının olmadığını əsas gətirərək cəriməni ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən barəsində inzibati protokol tərtib edilərək cərimənin digər cəza növü ilə əvəz edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında bildirdi ki, onun maddi durumu çox ağırdır. Hazırda himayəsində azyaşlı uşaq olduğu üçün işləyə bilmir. Bu səbəbdən borcunu tam ödəmək iqtidarında deyildir. O, ödəniş üçün vaxt verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İşdə olan sənədlərin surətlərindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2024-cü tarixli, 3(060)-904/2024 saylı icra sənədi 23 may 2024-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında 23 may 2024-cü il tarixdə qərar qəbul edilmiş və elə həmin tarixdə də bu barədə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlansa da, sonuncu 500 manat cəriməni ödəməkdən yayınır və bununla da, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun səmimi peşmançılığını nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 160 saat ictimai işlər təyin olunsun. İnzibati tənbehin müddəti Şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №3(060)-1760/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1760/2024
30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver