Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1762/2022 01.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Mehman Əsədovun, Zərərçəkmiş şəxs - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Vətəndaş Şəxs barəsində 01 iyul 2022-cü il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində masanın üstündə olan X2 məxsus MİA2 markalı telefonu oğurlamışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs şəxs Mehman Əsədov məhkəmə iclasında bildirdi ki, vətəndaş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 23 iyun 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərar aidiyyəti üzrə göndərilmişdir. Müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Buna görə də həmin fakt əsasında Şəxs barəsində 01 iyul 2022-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində masanın üstündə olan X2 məxsus MİA2 markalı telefonu oğurlamışdır. Odur ki, inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində masanın üstündə olan X2 məxsus MİA2 markalı telefonu oğurlamışdır. Hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, 13 iyun 2022-ci il tarxidə yaxın tanışları ilə söhbət edən zaman telefonunu masanın üzərinə qoymuş, bir neçə dəqiqə sonra isə telefonun oğurlandığını hiss etmişdir. Həmin telefonu o, 3 il əvvəl almışdır, oğurluq nəticəsində ona ümumilikdə 105 manat zərər dəymişdir. Hazırda inzibati xəta törətmiş şəxslə barışmışdır. Ona dəymiş maddi ziyan ödənilmişdir. Şəxs şikayətçi deyildir. Odur ki, onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X3 oğlunun məhkəmə iclas zalında təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Şəxs şikayətçi deyildir. Odur ki, Şəxs barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs Məhkəmə iclas zalında təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, iş üzrə özünü təqsirli bilir, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Odur ki, barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 23 iyun 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Müəyyən olunmuşdur ki, həmin inzibati xətanı törədən şəxs Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1762/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1762/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver