Məhkəmə qərarları › İş №3(060)-1766/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1766/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1766/2023 04.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X5 katibliyilə, Şəxs etibarnamə üzrə nümayəndəsi X2, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X7 Agentliyinin etibarnamə üzrə nümayəndəsi X9 və inzibati xəta haqqında protokol tərtib edən şəxs X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X7 Agentliyindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X7 Agentliyinin (bundan sonra mətndə X7 Agentliyi) baş müfəttişi X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 276-1-ci maddəsi ilə Şəxs (bundan sonra mətndə MMC) barəsində 20 iyul 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC-də xx.xx.2023-cü il saat 14:05-də aparılan yoxlama zamanı altı ədəd hava tutumunun təhlükə potensiallı obyektlərin Dövlət reyesterində qeydiyyatdan keçirmədiyi müəyyən olunmuşdur. Qeyd olunan protokol və ona əlavə olunan materiallar xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 04 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən X7 Agentliyinin nümayəndələri X9 və X3 tərtib edilən inzibati xəta haqqında protokola uyğun izahat verərək bildirdilər ki, Şəxs MMC xx.xx.2023cü il saat 14:05-də altı ədəd hava tutumunun təhlükə potensiallı obyektlərin Dövlət reyesterindən qeydiyyatdan keçirilməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli, 102 nömrəli qərarı mövcuddur. Həmin qərarın 2.1-ci bəndində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun istismara qəbul edilən obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsi üçün obyekti istismar edən şəxs obyektdə istehsal və istifadə olunan hər bir texniki qurğunu və avadanlığı səciyyələndirən məlumatları* müəyyən olunmuş qaydada sənədləşdirərək, obyektin istismara qəbul olunduğu gündən ən geci 10 gün müddətində Fövqəladə Hallar Nazirliyinə təqdim etməlidir. Bu Qaydaların qüvvəyə mindiyi günə qədər istismara buraxılmış obyektlərin texniki qurğularının və avadanlıqlarının sertifikatlaşdırılması və onlara sertifikatın verilməsi isə Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi müddət ərzində həyata keçirilir. Fövqəladə Hallar Nazirliyi təqdim edilən sənədlərə onları qeydə almaqla 15 gün müddətində baxır. Təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qeyridürüst məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, bu barədə obyekti istismar edən şəxsə yazılı məlumat verilir. Göstərilən qüsurlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır. Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edilmədikdə, Fövqəladə Hallar Nazirliyi obyektdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsinin mümkünlüyü barədə qərar qəbul edir və texniki qurğular və avadanlıqlar üçün sertifikatı tərtib edib qeydiyyatdan keçirərək, obyekti istismar edən şəxsə obyektdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların və avadanlıqların təsdiq olunmuş siyahısı ilə birlikdə (sertifikata əlavə) təqdim edir. xx.xx.2023-cü il tarixdə yoxlama materiallarına baxılmasının nəticələri üzrə qərar qəbul edilmiş və 6 ədəd hava tutumunun təhlükə potensiallı obyektlərin Dövlət reyesterindən qeydiyyatdan keçirilməsi qeyd olunmuşdur. Aşkar olunan pozuntunun aradan qaldırılması üçün Şəxs MMC tərəfindən 30 gün müddətə tədbir görülməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qərarın surəti və bildiriş xx.xx.2023-cü il tarixdə Mahir Cəbiyev tərəfindən imza edilməklə qəbul edilmişdir. Göstərilənlərə əsasən nümayəndə Şəxs İXM-nin 276-1-ci maddəsi ilə ən yüksək həddə cərimə olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X6 təmsil etdiyi hüquqi şəxsi təqsirli bilməyərək izahatında bildirdi ki, X7 Agentliyi tərəfindən inzibati protokol tərtib olunarkən Prosessual pozuntulara yol verilmişdir. Belə ki, yoxlama materiallarına baxılmasının nəticələri üzrə qərar və ya yoxlamanın aparılması haqqında hər hansı sənəd təqdim olunmadan MMC barəsində inzibati protokol tərtib edilmiş, protokol tərtib edilərkən MMC-nin nümayəndəsi iştirak etməmişdir. Şəxs MMC barəsində başlanmış inzibati icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 276-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, tərəflərin nümayəndələrinin izahatları, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 276-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materialında olan X7 Agentliyi tərəfindən 24 fevral 2023-cü il tarixli yoxlama materiallarına baxılmasının nəticəsi üzrə qərarından görünür ki, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün Şəxs MMC tərəfindən 30 gün müddətində kranların və tutumlarının istismarına agentlikdə icazə alınması,hava tutumlarının pasportları hazırlanaraq qeydiyyata alınması üçün Agentliyə təqdim olunması, istehsal sahəsində müvafiq qaydada texnoloji reqlament hazırlansın və təsdiq olunması, qəza hallarının qarşısnın alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər planı tərtib olunması, 6 ədəd hava tutumu, 8 ədəd ekstruder, 2 ədə körpülü kran texniki təhlükəsizlik ekspertizasında keçirilən sertifikatlaşdırılması, 6 ədəd hava tutumu, 8 ədəd ekstruder, 2 ədəd körpülü kran təhlükə potensiallı obyektlərin dövlət reyesterində qeydiyyatdan keçirilməsi, 12 nəfər operator tədris kurslarına cəlb edilməklə atestasiyadan (bilik yoxlanılmasından) keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 0132/24 nömrəli yoxlamanın aparılması haqqında qərardan görünür ki, xx.xx.2023-cü ildə sonuncu yoxlama başa çatmış, xx.xx.2023-xx.xx.2023-cü il tarixədək planlı müayinə aparılmışdır. İş materiallarında olan X7 Agentliyi tərətindən Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında “Azərbaycan Respublikasının Qanununa” uyğun olaraq Şəxs MMC-nin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texno parkın ərazisində yerləşən polimer istehsal sahəsində plan üzrə (növbəti) aparılmış yoxlama ilə bağlı Yoxlanılan materillara baxılmasının nəticələri üzrə xx.xx.2023-cü il tarixli 0372/24 №li qərar icra edilməsi üçün göndərilmişdir. Aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün qərarda göstərilən tədbirlər yerinə yetirildikdən sonra üç iş günü müddətində Agentliyə məlumat verilməlidir. (qeyd olunan məktub xx.xx.2023-cü il tarixdə Mehdi Cəbiyev tərəfindən imza çəkilərək qəbul edilmişdir.) “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli, 102 nömrəli qərarı mövcuddur. Həmin qərarın 2.1-ci bəndində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun istismara qəbul edilən obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsi üçün obyekti istismar edən şəxs obyektdə istehsal və istifadə olunan hər bir texniki qurğunu və avadanlığı səciyyələndirən məlumatları müəyyən olunmuş qaydada sənədləşdirərək, obyektin istismara qəbul olunduğu gündən ən geci 10 gün müddətində Fövqəladə Hallar Nazirliyinə təqdim etməlidir. Bu Qaydaların qüvvəyə mindiyi günə qədər istismara buraxılmış obyektlərin texniki qurğularının və avadanlıqlarının sertifikatlaşdırılması və onlara sertifikatın verilməsi isə Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi müddət ərzində həyata keçirilir. “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli, 102 nömrəli qərarının 2.1-ci bəndində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun istismara qəbul edilən obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsi üçün obyekti istismar edən şəxs obyektdə istehsal və istifadə olunan hər bir texniki qurğunu və avadanlığı səciyyələndirən məlumatları* müəyyən olunmuş qaydada sənədləşdirərək, obyektin istismara qəbul olunduğu gündən ən geci 10 gün müddətində Fövqəladə Hallar Nazirliyinə təqdim etməlidir. Bu Qaydaların qüvvəyə mindiyi günə qədər istismara buraxılmış obyektlərin texniki qurğularının və avadanlıqlarının sertifikatlaşdırılması və onlara sertifikatın verilməsi isə Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi müddət ərzində həyata keçirilir. Fövqəladə Hallar Nazirliyi təqdim edilən sənədlərə onları qeydə almaqla 15 gün müddətində baxır. Təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qeyridürüst məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, bu barədə obyekti istismar edən şəxsə yazılı məlumat verilir. Göstərilən qüsurlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır. Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edilmədikdə, Fövqəladə Hallar Nazirliyi obyektdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsinin mümkünlüyü barədə qərar qəbul edir və texniki qurğular və avadanlıqlar üçün sertifikatı tərtib edib qeydiyyatdan keçirərək, obyekti istismar edən şəxsə obyektdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların və avadanlıqların təsdiq olunmuş siyahısı ilə birlikdə (sertifikata əlavə) təqdim edilməsi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC barəsində aşkar olunan pozuntuların aradan qaldırılması üçün 30 gün müddətə tədbir görülməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Qeyd olunan qərarın surəti və bildiriş xx.xx.2023-cü il tarixdə MMC-nin əməkdaşı Mahir Cəbiyev tərəfindən qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, X7 Agentliyinin 2023-cü il üzrə yoxlama planına uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 17 iyul 2023-cü il tarilxi KY231937741 nömrəli çıxarışa əsasən Şəxs MMC-də xx.xx.2023xx.xx.2023-cü il tarixlərində yoxlama aparılmışdır. xx.xx.2023-cü il saat 14:05-də Şəxs MMC-də aparılmış yoxlama zamanı altı ədəd hava tutumunun təhlükə potensiallı obyektlərin Dövlət reyesterində qeydiyyatdan keçirilmədiyi müəyyən olunmuşdur. Şəxs MMC tərətindən altı ədəd hava tutumunun təhlükə potensiallı obyektlərin Dövlət reyesterindən qeydiyyatdan keçirilmədiyindən İXM-nin 276-1-ci maddəsi ilə Şəxs MMC barəsində tərtib olunan 20 iyul 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Buna görə də Şəxs MMC barəsində İXMnin 276-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən İXM-nin 276-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı sübut olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 276-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 6.500,00 (altı min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar