Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1766/2025 28.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1, Barəsində protokol tərtib edilmiş AZTURK PLAST” MMC-nin təsisçisi Alkazak Oğuzhanın iştirakları ilə, Şəxs MMC-nin (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC Sumqayıt şəhəri, 76-cı məhəllədə fəaliyyət göstərən istehsalat müəssisəsində ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatını aparmamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 bildirmişdir ki, Şəxs MMC tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllədə fəaliyyət göstərən istehsalat müəssisəsində ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatını aparmamışdır. Belə ki, həmin monitorinq nəticəsində aparılan uçot hesabat onlarla razılaşdırılmalı, daha sonra isə Azərbaycan Respublikası Statiska Komitəsinə təqdim edilməliydi. 2024-cü ilin oktyabr ayında tərəflərindən müvafiq məktub göndərilmiş, məktubda təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatını aparılmamasına görə müvafiq məsuliyyət tədbirləri barədə müəssisəyə xəbərdarlıq edilmişdir. Bundan əlavə MMC-ə 2 dəfə olmaqala yenidən müraciət edilərək sözügedən sənədlərin təqdim edilməsi tələb edilsə də, MMC tərəfindən tələb yerinə yetirilməmişdir. Ümumiyyətlə şəxslər tərəfindən il ərzində 3 növ hesabat tərtib edilməli olsa da Şəxs MMC heç bir hesabatı təqdim etməmiş, inzibati araşdırmada iştirak üçün qarşı tərəfə məlumat verilmiş, lakin araşdırmada da iştirak etməyiblər. Sözügedən hesabat onlarla raşılaşdırmalı, belə ki, onlar hesabatın doğruluğunu yoxlayıb, bunun əsasında müəssisənin gələn il üçün hesabata uyğun ödənişlərini müəyyən edirlər. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “Şəxs MMC-nin təsisçisi Alkazak Oğuzhan izahatında bildirmişdir ki, onlar tərəfindən sözügedən inzibati xətanın törədildiyini etiraf edirlər. Tərəflərindən 2023 və 2024-cü ilin hesabatları təqdim edilmişdir. Lakin MMC-nin dəftərxanasında öz məsuliyyətsizliklərinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən onlara ünvanlanmış məktubları itiriblər. Həmçinin o, ailəsində olan bir sıra problemlərə görə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində Türkiyə Respublikasında olmuş, inzibati araşdırmada iştirak edə bilməmişdir. Onlar fəaliyyət göstərdiyi son 7-8 il ərzində bütün sənədləri yerində olmuşdur. Lakin bu iş üzrə hesabatın təqdim edilməminin öz nöqsanları olduğunu qəbul edir. Məhkəmədən sozügedən nöqsanın aradan qaldırılması üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 239-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Sumqayıt şəhəri, 76-cı məhəllədə fəaliyyət göstərən istehsalat müəssisəsində ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatını aparmamış, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 3-14-43/2- 692/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC-yə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər (təbiət istifadəçiləri) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi təsərrüfat fəaliyyətinin ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətini, ətraf mühitə təsirin uçot və hesabatını aparmağa, monitorinq göstəriciləri barədə hesabatın ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun yerli qurumları) təqdim etmələri bildirilmişdir. Müəssisələr tərəfindən ətraf mühitə atılan, axıntını, yerləşdirilən tullantıların dəqiq uçot-hesabatı aparılmalı, hər ilin sonunda 2 TG-(hava), 2TG-(təhlükəli tullantı) və 2TG-(su təsərrüfatı) dövlət statistik hesabatları idarə ilə razılaşdırılmalı, ətraf mühitə atılan tullantılara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydalarına və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilərdə daxil olmaqla ) dövlət, qeyri- dövlət təşkilatları, daimi və müvəqqəti,ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə hesablanmış ödəniş hər ayın 10-dan gec olmayaraq “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu"na ödənilməlidir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci ıl tarixli 308 saylı “Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları'' haqqında Qərarında ödəniş normativlərinin qiyməti dəfələrlə artırılmış və ödəniş 2 ay ardıcıl olaraq ödənilmədikdə məhkəməyə müraciət olunması göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə inzibati qaydada cərimə edilir. Qeyd olunanları nəzərə alaraq 2 TG ( hava, su təsərrüfatı və təhlükəli tullantılar üzrə) statistik hesabatların razılaşdırılması və idarəyə təqdim olunması üçün aidiyyatı üzrə əməkdaşlarınıza göstəriş verilməs tələb olunması qeyd edilmişdir. - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 4325-482 nömrəli, xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən, Şəxs MMC-yə məxsus istehsal sahəsində müəssisə monitorinqi, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot-hesabatı aparılmamış, 2024cü il üçün 2TG (hava, təhlükəli tullantı, su təsərrüfatı) statistik hesabatları İdarə ilə razılaşdırılmamışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İXM-nin 239.-cu maddəsinə əsasən aparılan inzibati araşdırma ilə bağlı 25 iyun 2025-ci il tarixdə saat 1O00- da səlahiyyətli nümayəndənizin və ya sizin İdarəyə gəlməyiniz xahiş olunur. Əks halda iştirakınız olmadan inzibati protokol tərtib ediləcəyi bildirilmişdir. - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 4325-522 nömrəli, xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən, Şəxs MMC-yə məxsus istehsal sahəsində müəssisə monitorinqi, təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot-hesabatı aparılmamış, 2024cü il üçün 2TG (hava, təhlükəli tullantı, su təsərrüfatı) statistik hesabatları İdarə ilə razılaşdırılmamışdır.Eyni zamanda ETSN-nin X5 Agentliyindən İdarəyə daxil olmuş xx.xx.2025-ci il tarxli məktubda MMC-yə məxsus müəssisənin fəaliyyətinə X5 rəyinin, ekoloji normativ sənədlərin alınmadığı məlum olmuşdur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İXM-nin 275.1.1. və 239- cu maddəsinə əsasən aparılan inzibati araşdırma ilə bağlı 10 iyul 2025-ci il tarixdə saat 10:00-da səlahiyyətli nümayəndənizin və ya sizin İdarəyə gəlməyiniz xahiş olunur Əks halda iştirakınız olmadan inzibati protokol tərtib ediləcəyi bildirilmişdir. - 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları baş məsləhətçi müfəttiş Aysəf Bayramov və Fəzail Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 91438 nömrəli aktdan görünür ki, idarənin 0132 saylı xx.xx.2025-ci il tarixli sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunların və bu sahədə mövcud olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq Şəxs MMC-yə məxsus istehsalat sahəsində (metal konstruksiya və s.) ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin təsərüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçothesabatının aparılmaması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Şəxs MMC xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 1şdir ki, Şəxs MMC tərəfindən 2024-cü il üzrə ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu və hesabatı aparılaraq 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə təqdim təqdim edilməmişdir. Müvafiq hesabatların aylar üzrə vaxtında aparılmaması MMC-nin nümayəndəsinin məhkəmə iclaslarında olan etiraf edici izahatları, həm də digər iş materialları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 239-cu maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1766/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1766/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver