Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1767/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş AR FHN Sənayedə X6 və X9 Agentliyinin nümayəndəsi X11 və X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə AR Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X9 Agentliyi tərəfindən inzibati xəta haqqında 20 iyul 2023-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: AR Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X9 Agentliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsinə əsasən tərtib edilmiş 20 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola görə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texnopark ərazisində yerləşən Şəxs MMC tərəfindən 7 ədəd təzyiq altında olan hava tutumunun təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs AR FHN Sənayedə X6 və X9 Agentliyinin baş müfəttişi X5 izahatında bildirdi ki, 2023-cü ilin fevral ayında Şəxs MMC-də planlı yoxlama həyata keçirilmiş, bir sıra pozuntu halları aşkar edilmiş, 28 fevral 2023-cü il tarixdə yoxlama materiallarına baxılmasının nəticələri üzrə qərar qəbul edilərək, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün Şəxs MMC-ə otuz gün vaxt verilmişdir. Bundan sonra 14 iyul 2023-cü il tarixdə agentliyin rəisi tərəfindən Şəxs MMC-də plandankənar yoxlama aparılması ilə bağlı qərar qəbul edilmiş, 17 iyul 2023-cü il tarixli Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” əldə edilmiş çıxarışa əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək adı çəkilən müəssisədə plandankənar yoxlamanın aprılmasına icazə verilmişdir. Belə ki, 20 iyul 2023-cü il tarixdə Şəxs MMC-də plandankənar yoxlama aparılmış yoxlama zamanı yalnız 2023-cü ilin fevral ayının 20-də planlı yoxlama aparılan zaman aşkar edilmiş pozuntu halları araşdırılmışdır. Yoxlamada o, və idarənin digər əməkdaşı baş müfəttiş X12 və Şəxs MMC-nin nümayəndəsi Toğrul Yusifli iştirak etmiş, tərəflərin iştirakı ilə 24/329 saylı, xx.xx.2023-cü il tarixli “Yoxlama aktı” tərtib edilmişdir. Yoxlama zamanı 2023-cü ilin fevral ayının 20-də Şəxs MMC-ə aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün otuz gün müddət verilməsinə baxmayaraq, müəssisə tərəfində nə verilmiş müddətdə nə də sonrakı müddətdə idarəyə qeydiyyata alınma barədə müraciət daxil olmamışdır. Yoxlama aktında çıxarışda qeyd olunmuş suallara cavab olaraq yeddi ədəd təzyiq altında kranın tutumlarına icazə alınmadığı, həmin kranın müvafiq sənədi olmadığı və Nazirlər Kabineti tərəfindən təhlükə potensiallı obyeklərinin Siyahısının təsdiq edilməsi haqqında qərarda göstərilən qaydada həmin kranlar təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat vasitəsinə aid olduğu halda dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi qeyd edilmişdir. Belə ki, həmin kranların üzərində onun quruluşu, istismar qaydalarına uyğun olub-olmaması həmçinin digər xüsusiyyətləri ilə bağlı məlumatlar ondan istifadə edən işçilərin görə biləcəyi yerdə yerləşdirilməlidir. Lakin yoxlama zamanı Şəxs MMC tərəfindən qeyd olunan qaydalara əməl edilmədiyi məlum olmuş və müvafiq protokol tərtib edilmişdir. Yoxlama suallarında göstərilən 4 ədəd yəni - reyestrdə sıra nömrələri 476, 607, 615, 858 olan bölmələrin hər biri müvafiq olaraq AR İXM-nin 276.1 və 276.2-ci maddələrin tərkib əlamətlərini yaratmış, reyestrdə sıra nömrəsi 920 nömrəli pozuntu faktı AR İXM-nin 276-1-ci maddəsinin tərkib əlamətləri yaratmış, belə olan halda tərəfindən AR İXM-nin 34.3-cü maddəsi tətbiq edilərək daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən AR FHN Sənayedə X6 və X9 Agentliyinin nümayəndəsi, hüquqşünas X11 da X2 izahatında qeyd etdiyi faktları təsdiq etdi, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X4 izahatında tərtib edilmiş protokol üzrə özlərini təqsirli bilərək göstərdi ki, Şəxs MMC "xxxx" MMC-nin törəmə müəssəsidir. Şəxs MMC 2020-ci ildən fəaliyyət göstərir. Pozuntu halların aşkar edildiyi tutumlar Şəxs MMC-nin istismarında olsa da, həmin avadanlıqlar aktiv icarə müqaviləsi əsasında "xxxx" MMC-dən əldə olunmuşdur. Hazırda Şəxs MMC-də rəhbərlik dəyişmiş və qeyd olunan problemlərin həlli istiqamətində Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyi ilə müəyyən danışıqlar aparılır. Şəxs MMC tərəfindən pozuntu hallarına yol verilsə də, bu qərəzli olmamışdır. İnzibati xətanın baş verməsindən peşman olduqlarını, rəhbərliyin dəyişildiyini, məsələnin rəhbərlik səviyyəsində aktual olmasını, FHN-nin Sənayedə X6 və Dağ X13 Agentliyinə təhlükə potensiallı obyektlərin qeydiyyata alınması barədə artıq həmin idarəyə müraciət etdildiyini nəzərə alaraq mümkün qədər cərimə olunmamalarını, cərimə olunacaqları təqdirdə minimal həddə cərimə olunmalarını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş 28 fevral 2023-cü il tarixli “Yoxlama materiallarıma baxılmasının nəticələri üzrə” qərardan görünür ki, 20 fevral 2023-cü il tarixdə Şəxs MMCdə aparılan planlı yoxlamanın nəticəsi olaraq, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün Şəxs MMC-ə 30 gün müddət verilmiş, bu müddət ərzində kranların və tutumların istismarına Agentlikdən icazə alınması, hava tutumlarının pasportları hazırlanaraq Agentliyə təqdim olunması, kranların təhlükəsizlik istismarına və saz vəziyətdə saxlanılması tədris kurslarına cəlb edilməklə attestasiyadan keçirilməsi üçün cavabdeh şəxsin təyin olunması, Şəxs MMC-nin obyeklərinin təbii qazla təchizatının layihə, texniki icra sənədləri ekspertizadan keçirilməsi və qeydiyyata alınması üçün Agentliyə təqdim olunması, 7 ədəd hava tutumu texniki təhlükəsizlik ekspertizasından keçirilərək sertifikatlaşdırılması, 7 ədəd hava tutumu təhlükə potensialı obyektlərinin dövlət reyestrndə qeydiyyatdan keçirilməsi, 10 nəfər operator tədris kurslarına cəlb edilməklə attestasiyadan keçirilməsi qərara alınmış, həmin qərar xx.xx.2023-cü il tarixdə müəssisənin Vurğun Kərimov adlı əməkdaşına şəxsən təqdim edilmişdir. İş materiallarından görünür ki, AR Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X9 Agentliyinin rəisi Vüsal Ağayev tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texnopark sahəsi ərazisində plandankənar yoxlama aparılması ilə bağlı 14 iyul 2023-cü il tarixdə qərar qəbul edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Şəxs MMC-də xx.xx.2023-xx.xx.2023-cü il tarixdələrdə plandankənar yoxlama aparılması ilə bağlı 17 iyul 2023-cü il tarixli çıxarış əldə olunmuşdur. Aparılmış yoxlamanın nəticəsi olaraq 20 iyul 2023-cü tarixli, 24/329 saylı “yoxlama aktı” tərtib olunmuş, yoxlamada iştirak edən yoxlayıcılar Mehti İbrahimov, Yaşar Abbasov, sahibkarın nümayəndəsi Toğrul Yusifli tərəfindən imzalanaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin etirafedici izahatı və işdə olan digər sübutlarla təsdiq edilir. İşdə bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunun 16.1.1-ci maddəsinə görə bu Qanunun 16.1.1-ci maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərarın yerinə yetirilməsi yoxlanılır. Həmin Qanunun 16.2-ci maddəsinə görə Bu Qanunun 16.1.1-ci maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərarın yerinə yetirilməsi yoxlanılır. Həmin Qanunun 17-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. “Texniki təhlükəszilik haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 oktyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydası”nın 6-cı bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X9 Agentliyi haqqında Əsasnamə” nin 8.11-ci bəndinə uyğun olaraq istismara qəbul edilən təhlükə potensiallı obyektlər onların istismarına başlandığı gündən ən geci 30 gün müddətində Agentlikdə dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. 02 noyabr 1999-cu il tarixli “Texniki təhlükəsizlik haqqında” AR Qanunun 2-ci maddəsinə görə Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin Maddənin 2-ci bəndinə görə təhlükə potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməli, təhlükə potensiallı obyektlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. 25 oktyabr 2001-ci il “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında” AR Qanunun 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada istismara qəbul edilən obyektlər onların istismarına başlanıldığı gündən ən geci 30 gün müddətində dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Obyektin dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün obyekti istismar edən şəxs hər bir obyekti səciyyələndirən məlumatları Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi tələblərə uyğun sənədləşdirərək qeydiyyat orqanına təqdim etməlidir. 10 may 2001-ci il “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” NK-nin qərarının 1 və 2-ci hissələrinə görə təhlükə potensiallı istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlərə təzyiq altında 0,07 meqapaskaldan artıq və ya suyun qaynama temperaturu 1150S rejimdə işləyən avadanlıqlarla təchiz olunmuş müəssisələrin işçi təzyiqi 0,07 meqapaskaldan (0,7 kqq/kv.sm) çox olan buxar qazanları, buxar kəmərləri və təzyiq altında işləyən tutumları, temperaturu 1150S-dən çox olan suqızdırıcı qazanları və isti su kəmərləri aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsinə görə Təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X9 Agentliyi tərəfindən 28 fevral 2023-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış çıxarışa əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texnopark sahəsi ərazisində yerləşən Şəxs MMC tərəfindən 7 ədəd təzyiq altında olan hava tutumunun təhlükəli potensiallı obyektlərinin dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi müəyyən edilmiş, bununla bağlı Agentlik tərəfindən Şəxs MMC-yə qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyatda keçmək üçün vaxt verilmişdir. Hazırkı iş üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X6 və X9 Agentliyi tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC-də istismarda olan 20 iyul 2023-cü il tarixdə aparılan plandankənar yoxlama zamanı 7 ədəd təzyiq altında olan hava tutumunu Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. Bu fakt xx.xx.2023cü il tarixli 24/329 saylı yoxlama aktı ilə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş AR FHN Sənayedə X6 və X9 Agentliyinin baş mütəxəssis X3 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs MMC-nin İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1767/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1767/2023
07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver