Məhkəmə qərarları › İş №3(060)-1769/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1769/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1769/2023 16.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, X3 katibliyilə, Şəxs etibarnamə üzrə nümayəndəsi vəkili Hacı-zadə Vahid Şahid oğlunun iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsi (bundan sonra mətndə X2) tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, ev 11, mənzil 54 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 544.2-ci maddəsi ilə 17 iyul 2023-cü il tarixdə MN № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixli İD********** və xx.xx.2023-cü il tarixli İD********** müraciətlərlə idxal olunan qida məhsul partiyaları barədə Bakı RB qəbul edilmiş xx.xx.2023-cü il tarixli 258/FN qərarın icra olunmamsı müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 04 avqust 2023-cü il tarixə təyin edilmişdir, lakin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiklərindən işin baxılması 16 avqust 2023-cü il tarixə təxirə salınmışdır. Növbəti ickasa da ptotokol tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vahid Şahid oğlu təmsil etdiyi hüquqi şəxsi İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında qeyd etdi ki, həmin mallar satıldığına görə qərarın icra etmək mümkün deyildir, çünki mallar ölkə ərazisinə daxil olduqdan 1 həftə sonra satılmışdır, lakin mallar daxil olduqdan 25 gün sonra onlara məlumat verilmişdir ki, mallarda virus var satışa çıxarılması qadağandır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüuqi şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs MMC İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyindən MMC inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC ********** VÖEN əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin qeydiyyat idarəsi kimi qeydiyyatına alınmışdır. İş materiallarında olan X2 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 11 iyul 2023-cü il tarixli bildirişindən görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı səbəblər olduğu üçün səlahiyyətli nümayəndənin şəxsiyyət vəsiqəsi və səlahiyyətinin olmasını təsdiq edən sənədlə 17 iyul 2023-cü il tarixdə, saat 15:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 185B ünvanında yerləşən X1 gəlməsi qeyd olunmuşdur. İş materiallarında olan X2 tərəfindən xx.xx.2023-cü il tarixli, 258/FH №-li X4 tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında qərarından görünür ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli İD********** və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan ümumi çəkisi 23700 kq portağal və 22158 kq limon məhsulu partiyasının dövriyyəsinin dayandırılması, “Bilal Fruit’’ MMC-nin xx.xx.2023-cü il tarixli İD********** və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətlər əsasında idxal olunan ümumi çəkisi 23700 ka portağal və 22168 kq limon məhsulunun 10 (on) gün müddətinə ticarət şəbəkələrindən geri çağırılması və bu bənddə göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi, ticarət şəbəkələrindən geri çağırılmış qida məhsulu X2 tərəfindən həmin məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanılması qərara alınmışdır. İş materiallarında olan X2 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 03 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Bakı regional bölməyə edilmiş xx.xx.2023-cü İl tarixli İD********** və xx.xx.2023-cü il tarixli İD********** müraciətləri əsasında ölkə ərazisinə idxal olunan və analiz zamanı karantin tətbiq edilən xəstəlik törədicisi aşkarlanan 23700 kq portağal və 22158 kq limon məhsullarının satış şəbəkələrindən geri çağrılması barədə regional bölmədən qərar qəbul edilmişdir. İş materiallarında olan X2 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 19 iyul 2023-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin X1 edilmiş xx.xx.2023-cü il tarixli İD********** və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş və satışı həyata keçirilmiş qida məhsul partiyaları barədə verilmiş xx.xx.2023-cü il tarixli 258/FN nömrəli qərar icra olunmamasına görə Şəxs MMC-yə X2 tərəfindən İXM-nin 544.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokol tərtib edilmişdir. "Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət nəzarəti tədbirləri çərçivəsində qəbul etdiyi qərar və ya qida subyektlərinin öz təşəbbüsü əsasında həmin subyektlər tərəfindən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmalı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu haqda dərhal məlumatlandırılmalıdır. Həmin Qanununun 30.5-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.44-1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 428.1, 444, 447.0.1 (malın (xidmətin) istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına münasibətdə), 447.0.2–447.0.6, 447.0.9, 453 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər qida məhsulları ilə, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı olduqda Azərbaycan Respublikasının X2 baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsi tərəfindən tərtib edilmiş 17 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyə uyğun olaraq tərtib edilmişdir. Belə ki, **********21 nömrəli xx.xx.2021-ci il tarixli müraciət əsasında idxal etdiyi qida məhsullarını xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi 18-də satmışdır. Lakin, Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsi tərəfindən xx.xx.2021-ci il tarixli, İD********** №-li qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında qərarından görünür ki, xx.xx.2020-ci il tarixli, İD********** nömrəli müraciət əsasında idaxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir. Bu səbəblə də MMC tərəfindən qanunvericiliyin tələbi pozulmuş və nəticədə İXM-nin 544.2-ci maddəsinə əsasən inzibati xəta törətməsi faktı aşkarlanmışdır. İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, ev 11, mənzil 54 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 4.000,00 (dörd min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar