Məhkəmə qərarları › İş №3(060)-177/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-177/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-177/2021 25.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının 28.10.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh etmə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X6 ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının 28.10.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh etmə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X6 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 28.10.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh etmə haqqında qərar tərtib olunmuşdur. Həmin qərarla o, 2500 (iki min beş yüz) ABŞ Dollar məbləğində cərimə edilmişdir. Qeyd olunan məsələ ilə bağlı əvvəlki X4 Palatasına dəvət olunmuş və araşdırma aparılaraq xaricə köçürülən maliyyə vəsaitləri və idxal olunan gömrük bəyannamələrini palatanın əməkdaşlarına təqdim etsə də, təqdim edilən sənədlərə düzgün qiymət verilməmiş və nəticədə barəsində Mərkəzi Bank tərəfindən cərimə cəzası tətbiq edilmişdir. Ölkədən xaricə göndərilən maliyyə vəsaitləri və idxal olunan mallar üst-üstə düşsə də, haqsız olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Barəsində tərtib olunmuş 28.10.2020-ci il tarixli MN seriyalı ******* saylı qərarla razılaşmadığını və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə, məhkəmə iclasının X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5 məhkəmə iclasında ifadəsində bildirdi ki, 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində olan vəsaiti Bankın hesabından 12 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Ona görə də, Azərbaycan Respublikası Mərkəzi Bankının 28.10.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh etmə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarından olan 28.10.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh etmə haqqında qərarından göründüyü kimi X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələəsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2500 (iki min beş yüz) ABŞ Dolları məbləğində cərimə olunmuşdur. İş materiallarından olan Azərbaycan Respublikası Mərkəzi Bankın ZB-4895 saylı, 10.11.2020-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il – 730 (yeddi yüz otuz) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvan inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Həmin Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana(vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilmədiyindən Azərbaycan Respublikası Mərkəzi Bankının 28.10.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh etmə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Mərkəzi Bankının 28.10.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh etmə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakı̇ m Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar