Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1771/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, yol patrul xidmətinin inspektoru, polis baş serjantı X1 iştirakları ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin inzibati tənbeh vermə haqqında 24 iyul 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Toyota Prius” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Sabir küçəsinin kəsişməsində işıqforun yaşıl işığından keçdikdən sonra Sumqayıt şəhər YPX-nın inspektoru onu saxlayaraq Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu və İXM-nin 327.2 cə 332.1-ci maddələri nəzərə alınaraq sübut və video görüntü göstərmədən ona cərimə yazılmıdşır. X5 tərəfindən verilmiş şikayət 24 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə baxılması 02 avqust 2023-cü il tarixə təyin edilmişdir. 02 avqust 2023-cü il tarixdə saat 08:50-də Sumqayıt Şəhər Məhkəməsinin 43030 daxili nömrəsindən qərardan şikayət vermiş şəxsə məxsus ***-***-**-** nömrəsinə zəng edilərək məhkəmə iclasında iştirak edilməsi bildirilsə də, lakin X5 məhkəmə iclasına gəlməyəcəyini, işə onun ştirakı olmadan baxılmasını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərardan şikayət etmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs DYPŞnin, inspektoru, polis baş serjantı X4 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Bakı-Sabir küçələrinin kəsişməsində xidmətdə olan zaman adını sonradan bildiyi X5 “Toyota Prius (hibrid) minik” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətinə davam etdirilməsi nəticədə İXM-nin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə, barəsində 80,00 manat məbləğində cərimə tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixldə TP ******* saylı qərar qəbul edilmişdir. Qeyd olunan qayda pozuntusunu əks etdirən DVD diski məhkəməyə təqdim edərək şikayətin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İş materiallarını araşdıraraq, qərar qəbul etmiş şəxsin izahatını dinləyərək, məhkəməyə təqdim olunmuş DVD diskdə qeydə alınmış görüntüyə baxaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X5 barəsində 22 iyul 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 24 iyul 2023-cü il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X5 barəsində İXM-nin 327.2 və 332.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 80,00 manat məbləğində cərimə olunmuşdur. İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. Məhkəməyə təqdim olunmuş DVD diskə baxış zamanı X5 telefon vasitəsi ilə danışarkən görmədiyindən işıqforun qırmızı işığından keçməsini özü danışdığı şəxsə bildirir, həmçinin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi də müəyyən olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında 22 iyul 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul olunmuş 24 iyul 2023-cü il tarixli TP ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və X2 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cü maddəsinin İİ bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, DYPŞ-nin, inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul olunmuş 24 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də X2 şikayəti təmin olunmamalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin, yol patrul xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul olunmuş 24 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1771/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1771/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver