Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1772/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis kapitanı X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X3 və Zərərçəkmiş şəxs3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 5A, otaq 32 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 24 iyul 2023-cü il tarixli MN № ******* saylı, 24 iyul 2023-cü il tarixli MN № ******* saylı və 24 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə baldızı Zərərçəkmiş şəxs1 kürəyindən və sol qolundan vuraraq ona xəsarət yetirmişdir, bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə qaynatası Zərərçəkmiş şəxs3 döyərək ona xəsarət yetirmişdir, bundan başqa o, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə həyat yoldaşı Fətəliyeva Sevdanın qolundan tutaraq sifət nahiyyəsinə şillə vurmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 24 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərardadı ilə Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1772/2023 saylı, 3(060)-1773/2023 saylı və 3(060)-1774/2023 saylı işlər bir icraatda 3(060)-1772/2023 nömrə ilə birləşdirilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə baldızı Zərərçəkmiş şəxs1 kürəyindən və sol qolundan və qaynatası Zərərçəkmiş şəxs3 döyərək onlara xəsarət yetirmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə həyat yoldaşı Fətəliyeva Sevdanın qolundan tutaraq sifət nahiyyəsinə şillə vurmuşdur. Hazırda törətdiyi inzibati xətadan səmimi peşman olmaqla zərərçəkmiş şxəslərlə barışmasını və ona qarşı şikayətlərinin və tələblərinin olmamasını nəzərə alaraq həmin inzibati xəta haqqında protokollar üzrə barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizəsini təqdim edərək izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 məhkəməyə yazılı ərizəsini təqdim edərək izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizəsini təqdim edərək izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmişlərin və protokolu tərtib etmiş şəxsin izahatları ilə yanaşı, iş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərarla da sübuta yetirilir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X5 və Zərərçəkmiş şəxs3 birgə imzaladıqları ərizə ilə məhkəməyə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsindəki 24 iyul 2023-cü il tarixli MN № ******* saylı, 24 iyul 2023-cü il tarixli MN № ******* saylı və 24 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollarla İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 39,1, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsindəki 24 iyul 2023-cü il tarixli MN № ******* saylı, 24 iyul 2023-cü il tarixli MN № ******* saylı və 24 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1772/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1772/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver