Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1773/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Tələbkarın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1996-cı il tarixdə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, N.Nərimanov adına Mədəniyyət Mərkəzində kurs rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(105)-35/2025 nömrəli icra sənədinə əsasən ərizəçi Zərərçəkmiş şəxs hər həftənin şənbə günü saat 11:00-dan 13:00-adək xx.xx.2023-cü il təvəllüdlü X4 ilə Şəxs Əlsatan qızının iştirakı olmadan ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Hər həftənin şənbə günü görüş bir neçə dəfə onun iştirakı ilə görüş təmin olunub və bu barədə akt tərtib olunmuşdur. Lakin şənbə günü rəsmi iş günü olmadığı üçün hər həftə bu görüşdə iştirak edə bilməmişdir. Borcluya görüş barəsində bildirdikə heç bir etirazının olmadığını bildirsə də, hazırda tərəflər arasında mübahisə olduğu üçün borclu barəsində protokol tərtib etmişdir. Qeyd edilənlərə əsasən icra məmuru protokolun təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, qeyd edilən xətanın törədilməsində özünü təqsirli bilmir. MTT qərardadı ilk öncə Abşren Rayn Məhkəməsi tərəfindən 4 saat olmaqla müəyyən edilmişdir ki, həmin saatlar nahar saatlarına təsadüf edirdi ki, həmin vaxt övladının yuxu saatıdır. O, qərardan şikayət vermiş və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ona verilmiş mühafizə orderini şikayətinə əlavə etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə tələbkar tərəfindən şiddətə məruz qalmışdır. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin qərdadında uşağın görüşü məhz icra məmurunun iştirakı ilə salınmışdır. Bundan əlavə, o, N.Nərimanov adına Mədəniyyət Mərkəzində kurs rəhbəri vəzifəsində işləyir və övladı 10 saylı körpələr evində mart ayından təhsil almağa başlamışdır. Uşaq körpələr evində saat 08:00-dan 18:00-a kimi həftə içi beş gün orda olur. Bundan əlavə tələbkar özü mühafizədə çalışır, ayın üç şənbə gününü işdə olur. O, görüşlə bağlı dəfələrlə icra məmuruna sms yazmış, rəsmi müraciət etsə də, onun yazışmaları cavabsız qalmışdır. Hazırda həkim tərəfindən qızına təyin olunan diaqnoza əsasən virus aşkar olunduğu üçün karatın rejimi tətbiq edilmişdir. Lakin buna baxmayaraq, o, hətda həftə içi qızının atası ilə görüşməsinə mane yaratmamışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmədə müdafiəçi Vəkil bildirdi ki, icra sənədində uşağın tələbkarla görüşü məhz icra məmurunun iştirakı ilə təmin olunmalıdır. Hazırda icra sənədi icra məmuru Natiq Şəfiyevin müvəqqəti icraatına keçmişdir. Belə ki, icra sənədiinin əsas icra məmuru Sevinc Əhmədovadır. Dəfələrlə borclu tərəfindən icra məmuruna uşağın görüşü ilə görüşdən bir gün öncə cümə və şənbə günləri uşağın atası ilə görüşündə iştirak etməsi ilə bağlı müraciət etsə də, icra məmuru onu yazışmalarını və müraciətini cavabsız qoymuşdur. Borclu tərəfindən təqdim olunan həkim tərəfindən verilən arayışda uşaqda infeksiya olduğu üçün uşağın digər şəxslərlə görüşünə məhdudiyyət qoyulmuşdur. Lakin buna baxmayaraq borclu tərəfindən tələbkara və onun anasına uşaqla görüşünə şərait yaratmış, hər dəfəsində aralarında mübahisə yaranmışdır. Hazırda sonuncu dəfə yaranmış mübahisə ilə bağlı 3-cü polis bölməsində araşdırma aparılır. Bundan əlavə, uşaq ana südü ilə qidalanır. Uşağın uzun müddət anasından ayrı qalması mümkünsüzdür. Bundan başqa, İcra məmuru tərəfindən tərtib olumuş protokol əsassızdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 5281-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə borclu barəsində protokol tərtib olunmalıdır. Hazırki icra sənədinin borclu tərəfindən icra olunmamasını sübut edəcək hallar mövcud deyildir. Bu səbəbdən iz üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə tələbkarın nümayəndəsi X5 bildirdi ki, o, oğlu ilə birgə yaşayır. Həyat yoldaşı polis qazisi, oğlu İİ Qarabağ müharibəsində könüllü iştirak edib. Əsəbləri yerində deyil. 7 aydır ki, oğlu ilə borcu arasında boşanma prosesləri gedir. Borclu uşaqla görüşə mane yaradır. Hər dəfə bir bəhanə ilə uşağın onlarla görüşünə mane olur. Uşaqla görüş istədikdə icra məmurunun iştirakı olmadan ünsiyyətə icazə vermədiyini bildirir. Sonuncu dəfə videoçəkilişlə uşağı görməyə getdikdə borcluyla aralarında mübahisə yaranmış və borclu onu döymüşdür. 7 ay ərzində uşağı cəmi 2 dəfə görmə imkanları olmuşdur ki, həmin vaxt borclu onlarla mübahisə etmiş, 1 dəfə uşaqla üsniyyətdən sonra borclu uşağı döyərək uşağa xəsarətlər yetirmişdir. Bunu ona görə etmişdir ki, guya uşaq atası tərəfindən döyülüb. Lakin ekspert rəyində bu öz əksini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq borclu barəsində inzibati tədbir görülməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(105)-35/2025 nömrəli icra sənədinə əsasən nikahın pozulmasına dair iddiaya baxılıb yekun məhkəmə aktı qəbul edilənədək, ərizəçi Zərərçəkmiş şəxs hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək xx.xx.2023-cü il təvəllüdlü X4 ilə Şəxs iştirakı olmadan ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Ünsiyyət hüququnun təmi edilməsi üçün uşaq, uşağın yaşayış yeri üzrə hər həftənin şənbə günü saat 11:00-da cavabdeh Şəxs tərəfindən icra hərəkətini həyata keçirən icra məmuru vasitəsi ilə ərizəçi Zərərçəkmiş şəxs təhvil verilməsi. Həmin gün saat 13:00-da isə eyni ünvanda Zərərçəkmiş şəxs tərəfindən icra hərəkətini həyata keçirən icra məmuru vasitəsi ilə uşaq cavabdeh Şəxs verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(105)-35/2025 nömrəli icra sənədi üzrə həmin tarixdə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(105)-35/2025 nömrəli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs xx.xx.2023-cü il təvəllüdlü övladı X1 Ailə Sağlamlıq Mərkəzində tibbi qeydiyyatdadır və ana südü ilə qidalanır. İş materiallarında olan vatsap yazışmalarının surətindən görünür ki, borclu Şəxs icra məmuru Sevinc Əhmədovaya ünvanladığı yazışmalardan görünür ki, uşağın tələbkarla məhkəmə qərarı ilə təyin olunan vaxtda görüşməsi ilə bağlı müxtəlif vaxtlarda icra məmuruna müaciət etmişdir. Məhkəmə araşdırılmasında müəyyən olundu ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(105)-35/2025 nömrəli icra vərəqəsinə əsasən, borclu Şəxs tələbkara uşaqla ünsiyyət hüququnu təmin etmişdir, o, tələbkarın uşaqla görüşünə şərait yaratmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə vəziyyətdə hesab edir ki, borclu Şəxs tərəfindən məhkəmənin icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol verməmişdir. Bu səbəbdən də borclunun əməlində məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirilməməsinə dair Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-in 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(105)-35/2025 nömrəli icra vərəqəsini üzrsüz səbəbdən icra etməməsi əsası ilə borclu Şəxs barəsində onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair icra məmurunun tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-118-ci və 128-130-cu maddələrinə əsaslanaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-1773/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1773/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver