Məhkəmə qərarları › İş №3(060)-1774/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1774/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1774/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis kapitanı X4, zərərçəkmiş şəxslər X3, X5 və X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 5A, otaq 32 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 24 iyul 2023-cü il tarixli MN № ******* saylı, 24 iyul 2023-cü il tarixli MN № ******* saylı və 24 iyul 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə baldızı X1 və sol qolundan vuraraq ona xəsarət yetirmişdir, bundan başqa o, xx.xx.2023cü il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə qaynatası X7 döyərək ona xəsarət yetirmişdir, bundan başqa o, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə həyat yoldaşı Fətəliyeva Sevdanın qolundan tutaraq sifət nahiyyəsinə şillə vurmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 24 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərardadı ilə Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1772/2023 saylı, 3(060)-1773/2023 saylı və 3(060)-1774/2023 saylı işlər bir icraatda 3(060)-1772/2023 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1772/2023 saylı, 3(060)-1773/2023 saylı və 3(060)- 1774/2023 saylı işlər bir icraatda 3(060)-1772/2023 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar