Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1780/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin sahə rəisi, polis kapitanı X6, Zərərçəkmiş şəxs – X2, Barəsində protokol tərtib olunmuş şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Reginal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1982-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, otaq 25 ünvanında yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 17 may 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 03.05.2021-ci il tarixində Sumqayıt şəhəri 5-ci mikroraryon ərazisində bacısı qızı X1 təhqir etmişdir. Şəxs oğlunun inzibati məsuliyyətə cəlb edilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 izahatında göstərdi ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən 12 may 2021-ci il tarixdə X2 müraciəti əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aidiyyəti üzrə polis bölməsinə göndərilmişdir. Bu səbəbdən də qeyd olunan fakt əsasında Şəxs barəsində Azərbaycan Respubikası İXM-nin 510-cu maddəsi ilə inzibati xətaya dair protokol tərtib olunmuşdur. Məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində protokol tərtib olunmuş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, işləmədiyi üçün anasından həmişə pul istəsə də anası ona pul vermir, həbsdən çıxandan sonra ona baxmırlar Onu mənzildən çıxarmaq üçün dəfələrlə şikayət etmişlər 03.05.2021-ci il tarixdə saat 00:30 radələrində yatmağa hazırlaşarkən bacısı qızı Gülnarın telefonuna zəng gəldiyi üçün əsəbiləşərək Gülnarın üstünə acıqlanmış, o da evdən çaxıb getmişdir. Bir qədər sonra polis əməkdaşları evə gəldikdə Gülnarın ondan şikayət etdiyini bilmişdir. O, mübahisə zamanı Gülnarı bıçaqla hədələməmiş, ondan pul istəməmişdir. Özünün İİ dərəcə əlilliyi vardır. 260 manata yaxın pensiya alır. Odur ki barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, dayısı Şəxs 2021-ci ilin fevral ayının əvvəllərində həbsdən çıxandan sonra tez-tez nənəsi X7 ilə mübahisə yaradır. 03.05.2021-ci il tarixdə axşam dayısı ondan pul istəmiş, pulu ölmadığını bildirdiyi üçün deyinməyə başlasa da ona fikir verməmişdir. Gecə saat 00:30 radələrində yatmağa hazırlaşarkən dayısı telefon üçün 80 manat pul ödəməli olduğunu, həmin pulu haradan alacağını bildrərək yenidən özü-özünə deyiməyə başlamış, ona sakit olmasını, qonşulardan ayıb olduğunu bildirdikdə Ramil ona qışqıraraq mətbəxdən bıçaq götürərək üstünə gəlmişdir. O, tez evdən çıxmış, dayısı da qapını arxadan bağlayaraq evə gəlməməsini bildirərək nalayıq ifadələrlə söyüb qapını bağlamışdır. O, həmçinin dayısının birinci dəfə belə etmədiyi, əvvəllər də onu dəfələrlə söyüb, evə gələcəyi təqdirdə öldürəcayı ilə hədələdiyini bildirdi. İnzibati xətaya dair iş üzrə şahid X7 oxşar izahat verərək nəvəsi X2 dediklərini təsdiq edərək göstərdi ki, oğlu Şəxs 2021-ci ilin fevral ayının əvvəllərində həbsdən çıxandan sonra tez-tez mübahisələr yaratmışdır. 03.05.2021-ci il tarixdə də gecə saat 00:30 radələrində oğlu Ramil ondan pul istəmiş, dava salmış, nəvəsi Gülnar da araya girmişdir. Ramil Gülnarı söyüb təhqir etmişdir. İnzibati xətaya dair iş üzrə şahid X11 oxşar izahat verərək qızı X2 dediklərini təsdiq edərək göstərdi ki, Şəxs 2021-ci ilin fevral ayının əvvəllərində həbsdən çıxandan sonra tez-tez mübahisələr yaratmışdır. 03.05.2021-ci il tarixdə də gecə saat 00:30 radələrində qardaşı Ramil, qızı Gülnarı söyüb təhqir etmiş, evdən qovmuşdur. Buna görə də qızı polisə şikayət etmişdir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki Şəxs tərəfindən ictimai qayda pozulmuşdur, onun təqsiri iş materialları ilə təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Şəxs izahatında göstərdiyi xüsusatlar özünümüdafiə xarakteri daşımaqla iş materialları, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahatları ilə təkzib olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, özünün deməsinə görə İİ dərəcə əlilliyinin olmasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1780/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1780/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver