Məhkəmə qərarları › İş №3(060)-1780/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1780/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1780/2023 17.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X5 nümayəndəsi və vəkili Vəkil Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X17 Xidməti Abşeron Xızı Regional Şöbəsinin nümayəndəsi X11 iştirakı ilə, Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X17 Xidməti Abşeron Xızı Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından X5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X17 Xidməti Abşeron Xızı Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 5000 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X5 nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X5 nümayəndəsi və vəkili Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Abşeron Xızı Regional Şöbəsinin 14 iyul 2023-cü il tarixli, MN ******* saylı Qərarı ilə "xxxx" MMCnin direktoru X12 vəzifəli şəxs olaraq İXM-nin 192.1-ci maddəsi ilə 5000 manat məbləğində cərimə edilmişdir. X1 "xxxx" MMC-nin direktoru olaraq, Sumqayıt ərazisində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X18, X7 və digərlərini işlərin (xidmətlətin) yerinə yetirilməsinə cəlb edildiyi göstərilmişdir. Halbuki, hazırkı şikayətə əlavə edilmiş müqavilə, elektron qaima və ödəniş sənədlərindən görünür ki, "xxxx" MMC bir sıra VÖEN olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə işlərin (xidmətlərin) görülməsi üçün müqavilələr bağlamış və onlara rəsmi qaydada ödənişlər etmişdir. "xxxx" MMC özü müstəqil olaraq heç bir fiziki şəxsi işçi kimi bu işlərə cəlb etməmişdir. Əgər kimsə işlərə fiziki şəxs olaraq cəlb olunmuşsa həmin şəxslər "xxxx" MMC-nin deyil, MMC-nin rəsmi qaydada müqavilə bağladığı VÖEN olan fiziki şəxslərin işçiləri olmuşlar. Sənədlərdən aşkar şəkildə görünür ki, X8 əməllərində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də onun barəsində qəbul edilmiş qərar ləğv edilməli və başlanmış X27 iş üzrə icraata xitam verilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Abşeron Xızı Regional Şöbəsi tərəfindən hazırki məsələ ilə bağlı "xxxx" MMC-nin özü barəsində də İXM-nin 192.1-ci maddəsi ilə 05 iyul 2023-cü il tarixli, MN ******* saylı X27 Protokol tərtib edilərək, baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdir. İşlər Sumqayıt Şəhər ərazisində görüldüyündən İXM-nin tələblərinə uyğun olaraq, hazırki şikayətlə Sumqayıt şəhər Məhkəməsinə müraciət edirik. İXM-nin 110.1-ci maddəsinn tələbinə əsasən X27 işə onun törədildiyi yerdə baxılır. Barəsində X27 iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən X27 işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X17 Xidməti Abşeron Xızı Regional Şöbəsi tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə Xəzər rayon Məhkəməsinin qərarı ilə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, Anar Həbibov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iş üzrə zəruri hallar tam araşdırılmamışdır. Belə ki, Əmək Məcəlləsinin tələblərinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda mütləq qaydada əmək müqaviləsi bağlanmalıdır. "xxxx" MMC-nin fəaliyyət istiqamətləri çox genişdir və MMC-nin nizamnaməsində də bunlar qeyd olunub. İş materiallarına əlavə etdikləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavini, baş vergi xidməti müşaviri Rasim Quliyevin məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) əsas fəaliyyət növü “Mebel, məişət malları, dəmir məmulatı və sair metal məmulatların topdan satışı üzrə agentlik fəaliyyəti” (46150) kimi qeyd edilmişdir. Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X17 Xidməti Abşeron Xızı Regional Şöbəsi protokol tərtib edərkən bu kimi halları araşdırmamışdır. X12 "xxxx" MMC-nin əsas fəaliyyət istiqamətinə cəlb etdiyi X18 və X7 ilə əmək müqaviləsi bağlamışdır. 05 iyul 2023-cü il tarixli, MN ******* saylı protokolda adları qeyd olunmayan digər yeddi işçini müstəqil olaraq heç bir işlərə cəlb etməmişdir. Əgər kimsə işlərə fiziki şəxs olaraq cəlb olunmuşsa həmin şəxslər "xxxx" MMC-nin deyil, MMC-nin rəsmi qaydada müqavilə bağladığı VÖEN olan fiziki şəxslərin işçiləri olmuşlar. Bu kimi hallar isə araşdırılmadan Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X17 Xidməti Abşeron Xızı Regional Şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X12 bütün hərəkətlərini rəsmi qaydada müqavilə bağlayaraq, ödənişlərini edərək həyata keçirir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X17 Xidməti Abşeron Xızı Regional Şöbəsinin nümayəndəsi X24 bildirdi ki, Sumqayıt şəhər Polis İdarəsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə daxil olmuş 58-2/2-4979 nömrəli xx.xx.2023-cü il tarixli məktub və təqdim olunmuş sənədlərə aidiyyəti üzrə X17 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmış və Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin, həmçinin 7-ci maddəsinin 2-3-cü bəndinin 2-3.4-cü hissəsinin tələblərinin pozularaq X18, X7 və digərlərinin, cəmi 9 (dodduz) nəfərin "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Nəticədə hüquqi şəxs kimi "Azəri İmport” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli X27 protokol tərtib edilmişdir. "Azəri İmport” MMC-nin direktoru X12 barəsində isə xx.xx.2023-cü tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, X12 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş qərar qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə isintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt şəhər Polis İdarəsindən "Azəri İmport” MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsinin tələbinin pozulması faktı aşkar edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə 58-2/2-4979 nömrəli xx.xx.2023-cü il tarixli məktub və müvafiq sənədlər göndərilmişdir. 05 iyul 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, "Azəri İmport” MMC tərəfindən Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin, həmçinin 7-ci maddəsinin 2-3-cü bəndinin 2-3.4-cü hissəsinin tələblərinin pozularaq X18, X7 və digərlərinin, cəmi 9 (dodduz) nəfərin "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmişdir. 14 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X12 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. 19 aprel 2023-cü il tarixli “icarə müqaviləsindən” görünür ki, "xxxx" ASC-nin idarə heyətinin sədri X4 ilə "xxxx" MMC-nin direktoru X12 arasında Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ünvanında yerləşən istehsalat korpusunun qismən hissəsi icarəyə verilmişdir. 03 iyun 2023-cü il tarixli Sumqayıt ŞPİ 2-ci PB-nin, polis sahə rəisi, Z.Nuraliyevin aldığı izahatdan görünür ki, X19 əmək haqqını hər ayın sonu X9 aldığını, əmək müqaviləsi ilə şəxsən tanış olmadığını, onda olan məlumata görə xx.xx.2023-cü il tarixdən bağlandığını bildirmişdir. 03 iyun 2023-cü il tarixli Sumqayıt ŞPİ 2-ci PB-nin, polis sahə rəisi, Z.Nuraliyevin aldığı izahatdan görünür ki, X28 onu işə X3 götürdüyünü, əmək haqqını X9 aldığını, əmək müqaviləsi ilə şəxsən tanış olmadığını, onda olan məlumata görə xx.xx.2023-cü il tarixdən bağlandığını bildirmişdir. 03 iyun 2023-cü il tarixli Sumqayıt ŞPİ 2-ci PB-nin, polis sahə rəisi, Z.Nuraliyevin aldığı izahatdan görünür ki, Babaşov Elsevər Müseyib oğlu onu işə X3 götürdüyünü, əmək müqaviləsi ilə şəxsən tanış olmadığını, onda olan məlumata görə xx.xx.2023-cü il tarixdən bağlandığını bildirmişdir. 03 iyun 2023-cü il tarixli Sumqayıt ŞPİ 2-ci PB-nin, polis sahə rəisi, Z.Nuraliyevin aldığı izahatdan görünür ki, X20 onu işə X3 götürdüyünü, onunla əmək müqaviləsi bağlanmadığını, polis əməkdaşları onları burda aşkar etdikdən sonra əmək müqaviləsi bağlandığını bildirmişdir. 03 iyun 2023-cü il tarixli Sumqayıt ŞPİ 2-ci PB-nin, polis sahə rəisi, Z.Nuraliyevin aldığı izahatdan görünür ki, X2 Həbibovu tanımadığını, xx.xx.2023-cü il tarixdən çalışdığını bildirmişdir. 03 iyun 2023-cü il tarixli Sumqayıt ŞPİ 2-ci PB-nin, polis sahə rəisi, Z.Nuraliyevin aldığı izahatdan görünür ki, X14 işə qəbul olunmağı ilə əlaqədar X7 ilə danışdığını, onu Dəyanət Yusifovun işə götürdüyünü bildirmişdir. 03 iyun 2023-cü il tarixli Sumqayıt ŞPİ 2-ci PB-nin, polis sahə rəisi, Z.Nuraliyevin aldığı izahatdan görünür ki, X25 işə qəbul olunmağı ilə əlaqədar X7 ilə danışdığını, onu Dəyanət Yusifovun nəzarət etdiyini bildirmişdir. 30 may 2023-cü il tarixli Sumqayıt ŞPİ 2-ci PB-nin, polis sahə rəisi, Z.Nuraliyevin aldığı izahatdan görünür ki, X22 Anar Həbibov ilə əmək müqaviləsi bağladığını bildirmişdir. 30 may 2023-cü il tarixli Sumqayıt ŞPİ 2-ci PB-nin, polis sahə rəisi, Z.Nuraliyevin aldığı izahatdan görünür ki, X34 Anar Həbibov ilə heç bir əmək müqaviləsi bağlamadığını, deyilənə görə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlandığını bildirmişdir. "Azəri İmport” MMC-nin direktoru X12 ilə fiziki şəxs X15 arasında 01 may 2023-cü il tarixdə “xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanılmış, ödənişlər və təhvil-təslim həyata keçirilmişdir. "Azəri İmport” MMC-nin direktoru X12 ilə fiziki şəxs X21 arasında 01 may 2023-cü il tarixdə “xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanılmış, ödənişlər və təhvil-təslim həyata keçirilmişdir. "Azəri İmport” MMC-nin direktoru X12 ilə fiziki şəxs X26 arasında 16 iyun 2023-cü il tarixdə “xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanılmış, ödənişlər və təhvil-təslim həyata keçirilmişdir. "Azəri İmport” MMC-nin direktoru X12 ilə fiziki şəxs X16 arasında 01 may 2023-cü il tarixdə “xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanılmış, ödənişlər və təhvil-təslim həyata keçirilmişdir. "xxxx" MMC-nin direktoru X12 ilə fiziki şəxs X7 arasında 26 may 2023-cü il tarixdə boyama və rəngləmə üzrə müvafiq işlərin görülməsi barədə “xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. "xxxx" MMC-nin direktoru X12 ilə fiziki şəxs X18 arasında 02 may 2023-cü il tarixdə boyama və rəngləmə üzrə müvafiq işlərin görülməsi barədə “xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixli Nizamnaməsinin 8.2-ci maddəsindən görünür ki, Cəmiyyətin fəaliyyət növləri sərinləşdirici içkilərin, müxtəlif şirələrin istehsalı, mineral suların qablaşdırılması üzrə obyektlərin tikintisi və istismarı, nəşriyyat, poliqrafiya xidmətlərinin göstərilməsi, reklam fəaliyyəti ilə məşğul olmaq, reklam şitlərinin hazırlanması və yerləşdirilməsi, turizm, o cümlədən beynəlxalq turizm xidməti ilə əlaqədar servis xidmətlərinin göstərilməsi, mehmanxanaların, pansionatların təşkili, istirahət və sağlamlıq mərkəzlərinin təşkili, istismarı, hüquqi şəxs və əhalinin sifarişi ilə şəhərdaxili, beynəlxalq, şəhərlərarası yük və sərnişin daşınmasında bütün nəqliyyat xidmətlərinin göstərilməsi, maşın təmir sexlərinin, avtodayanacaqların təşkili və saxlanması, avtomobillərin kirayə verilməsi, ehtiyat hissələrinin alqı-satqısı, «müxtəlif növ avtomobillərin alqı-satqısı, idxal-ixracı, xalq istehlakı, texniki təyinatlı və sənaye mallarmm. trikotaj, tekstil, toxuculuq, geyim paltarlarının istehsalı, satışı, moda evlərinin, atelyelərin təşkili, istifadəsi, xalça məmulatlarının istehsalı, bərpası, layihə smeta.texnofoji. konsturktor, müxtəlif mühəndis işlərinin aparılması, bina və yaşayış evlərinin, komplekslərin və qurğuların, köməkçi obyektlərin, zavodların tikintisi, istifadəyə verilməsi, yenidən qurulması, yolların salınması, təmiri, o cümlədən əhaliyə digər tikinti xidmətlərinin göstərilməsi, ağay emalı sexlərinin, mebel sexlərinin təşkili, ağacdan müxtəlif məhsullarını, o cümlədən mebellərin istehsalı və satışı, tikinti-quraşdırma və əsaslı təmir işləri, proqramlaşdırma, kompüter texnikasının istehsalı, kompüter texnologiyasının inkişafı, istehsal proseslərinin komputerləşməsinə kömək göstərilməsi, kompüterlərin və proqramların alqı-satqısı, gözəllik salonlarının, qadın bərbərxanalarının, saunaların, idman-sağlamlıq mərkəzlərinin, trenajor zallarının, aerobika dərnəklərinin təşkili, istifadəsi; idxal-ixrac əməliyyatları, ticarət və vasitəçilik xidmətlərinin göstərilməsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavini, baş vergi xidməti müşaviri Rasim Quliyevin məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) əsas fəaliyyət növü “Mebel, məişət malları, dəmir məmulatı və sair metal məmulatların topdan satışı üzrə agentlik fəaliyyəti” (46150) kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “X27 protokol X27 işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi X27 işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində X27 protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “X27 protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin X27 işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən X27 protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş X27 protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsində tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə hesab edir ki, X12 tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi halında məsuliyyət yarana bilərdi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi əsası kimi çıxış edir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən və araşdırma aparılarkən araşdırma aparılmasının və inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmiş, İnzibati Xətalar Məcəlləsinin, Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin tələblərindən də məlum olduğu kimi “tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir”. İş materiallarında olan “Azəri İmport" MMC-nin xx.xx.2006-cı il tarixli Nizamnaməsindən görünür ki, Cəmiyyətin bir sıra fəaliyyət istiqaməti vardır. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi müavini, baş vergi xidməti müşaviri Rasim Quliyevin məktubundan görünür ki, xx.xx.2023-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) əsas fəaliyyət növü məhz “Mebel, məişət malları, dəmir məmulatı və sair metal məmulatların topdan satışı üzrə agentlik fəaliyyəti” (46150) kimi qeyd edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X12 isə həm X18 ilə, həm də X7 ilə Cəmiyyətin əsas fəaliyyət növü olmayan (boyama və rəngləmə üzrə müvafiq işlərin görülməsi) xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə bağlamışdır ki, belə olan halda həmin müqavilənin mülki-hüquqi müqavilə olması Əmək Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən alınmış izahatlardan görünür ki, həmin şəxslər işə cəlb olunmaq üçün Abid İsgəndərov ilə danışıqlar aparmışlar. Göründüyü kimi Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən aşkar edilmiş, əmək müqaviləsi olmadan işlərə cəlb olunmuş şəxsləri "xxxx" MMC-nin direktoru X12 deyil, Anar Həbibovla xidmətlərin görülməsi üçün müqavilə bağlamış fiziki şəxslər cəlb etmişlər. Bu hal isə X5 AR İXM-nin 192.1-ci madddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas deyildir. Məhkəmə hesab edir ki, X6 əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən X27 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X27 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilən bütün hallar və normaların tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, X12 barəsində Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında X17 Xidməti Abşeron Xızı Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən X27 iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilsin. X5 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair ƏƏSM Nazirliyi yanında X17 Xidməti Abşeron Xızı Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X27 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar