Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1781/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Prokuror-Sumqayıt şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat bağları massivi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması və toplanmış materialın baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər prokurorunun köməkçisi X3 izahatında göstərdi ki, Fiziki şəxs Şəxs “BC” kateqoriyalı, BB115832 seriya və nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-GV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə 17 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, Nizami küçəsi ilə 50 km/saat sürətlə hərəkətdə olarkən svetoforun yaşıl işığında Sumqayıt şəhəri, Azərbaycan prospekti ilə kəsişmədə yol ayrıcına daxil olub sola dönmə əməliyyatı edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq qarşıdan əks istiqamətdə Nizami küçəsi ilə düzünə hərəkətdə olan svetoforun yaşıl işığında yolayrıcına daxil olan sürücü X4 50 km/saat sürətlə idarə etdiyi içərisində sərnişinlər X5 və X6 olan avtomobillə toqquşmuş nəticədə Aygün Əkbərovaya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ aşıq-baldır oynağı nahiyənin ayağın üst səthini əhatə edən, həmçinin sağ qalça tini nahiyənin və sol qalça tini nahiyənin geniş ölçülü xəsarəti, Tural Xıdırova isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ dirsək oynağı nahiyənin əziyi xəsarəti yetirməklə, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Məhkəməsinin 5 iyun 2024-cü il tarixli, 1(060)-469/2024 saylı qərarı ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tələblərinə əsasən xitam verilmiş, Şəxs əməlində inzibati məsuliyyət məsələsinin həll olunması üçün qərarın surəti Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Qeyd olunanlara əsasən fiziki şəxs Şəxs (FİN: xxxxxxx) - xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Xəzər bağlan, Yuxarı küçə 54-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat bağları massivi, fərdi evdə yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilir. Bir daha belə hadisələrin yaşanmamasına çalışacaqdır. İşi ilə əlaqədar olaraq sürücülük hüququnun məhdudlaşdırılmamasını Məhkəmədən xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə Azərbaycan Respublikasının CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilmiş və qərarın surəti Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması və qərar və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən Şəxs İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300.00 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1781/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1781/2024
13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver