Məhkəmə qərarları › İş №3(060)-1781/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1781/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1781/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin polis sahə rəisi X19, Zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs, Müdafiəçi “ŞİMAL” Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Xaçmaz rayonu, Çarxıquş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Stansiya Sumqayıt fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəxs barəsində tərtib edilmiş 17 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəxs barəsində tərtib edilmiş 17 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-1781/2025 saylı qərardadı ilə Şəxs İXM-nin 510-cu maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1785/2025 və 3(060)-1781/2025 №-li işlər bir icraatda 3(060)-1781/2025 nömrəsində birləşdirilmişdir. 17 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 10.00 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasında Mülayim Hilalbəylini təhqir edərək və bölmənin iş rejimini pozaraq xırdaxuliqanlıq etmişdir. 17 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində X8 və ailə üzvlərinin ünvanına nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin polis sahə rəisi Rəhim Piriyev izahatında bildirmişdir ki, 17 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 10.00 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasında Mülayim Hilalbəylini təhqir edərək və bölmənin iş rejimini pozaraq xırda xuliqanlıq etmişdir. Bundan əlavə 17 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində Zərərçəkmiş şəxs və ailə üzvlərinin ünvanına nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə polis sahə rəisi Rəhim Piriyev ona verilmiş suala cavab olaraq bildirmişdir ki, məhkəməyə təqdim etdiyi videogörüntüləri əks etdirən diskdən görünür ki, Şəxs ünvanlı nalayiq ifadələr işlətmişdir və kamera onlar tərəfindən sındırılmışdır. Şəxs qııznı əvvəllər də inzibati xəta törətməsinə görə 50 manat məbləğində cərimə olunmasını nəzərə alaraq məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 05 dekabr 2024-cü ildə Hilalbəyli Mülayim və Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətmişdir. 17 iyulda isə qardaşına görə qızı Kərimova İlhamə ilə 5-ci Polis Bölməsinə getmişdir. Həmin vaxt Hilalbəyli Mülayim və Hilalbəyli X9masından xəbəri olmamışdır. O, həmin şəxsləri təhqir etməyib və onlara qarşı nalayiq ifadə işlətməyib. Həmin şəxslərin o və onun qızına qarşı qərəzi olduğunu iddia edir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 izahatında bildirmişdir ki, 05 dekabr 2024-cü ildə baş vermiş hadisə zamanı işdə olmuşdur. Saat 19:30-da oğlu ona zəng edib hadisə barəsində məlumatlandırmışdır. O, işdən evə qayıdanda artıq Şəxs və qızı orada deyildi. O, hadisə baş verən zaman işdə olduğu üçün nalayiq ifadələr işlədilməsinə şahid olmamışdır. Bildirmişdir ki, işdən gələndə həyətlərindəki kamera artıq qırılmışdı. Bunun üçün oğlu yeni kamera almışdır. Daha sonra 17 iyul 2025-ci ildə baş vermiş hadisə zamanı Kərimova X20 qarşı nalayiq ifadələr işlətmiş, onu təhqir etmişdir. Şəxs barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 05 dekabr 2024-cü ildə Şəxs və qızı Kərimova İlhamə onların həyətinə hücum çəkərək kameranı sındırıblar. Daha sonra həm onların ünvanına təhqiramiz ifadələr işlədib həm də qışqırmağa başlamışlar. Beləliklə, bütün qonşuları narahat ediblər. Bildirmişdir ki, sındırılmış kameraların qiyməti 1200 manat olduğu üçün onlara maddi ziyan dəymişdir. 17 iyul 2025-ci il Polis Bölməsində baş verən hadisə zamanı Şəxs onların ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini və barəsində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X21 bildirmişdir ki, 5-ci Polis Bölməsində olan zaman Hilalbəyli Mülayim onu və anası Şəxs qarşı nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Bildirmişdir ki, bununla bağlı videogörüntüləri sübut qismində məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasında şahid qismində iştirak edən Rüstəm Zahidov bildirmişdir ki, 5-ci Polis Bölməsinin sahə rəisi vəzifəsində çalışır. Hadisə baş verən zaman saat 10:00 radələrində xidməti otağında olarkən dəhlizdən səs-küy eşidərək çölə çıxmışdır. Beləliklə, Kərimova X12rşı ünvanlı nalayiq ifadələr işlətdiyinə şahid olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X22 bildirmişdir ki, 5-ci Polis Bölməsində xidmət edir, polis leytenantıdır. X1rşı ünvanlı nalayiq ifadələr işlətdiyinə şahid olmuşdur. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən edən X5 bildirmişdir ki, məhkəməyə təqdim olunmuş videogörüntüləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs məhkəməyədək və məhkəmə iclası zamanı təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır. N.Kərimovun təqsiri zərərçəkmiş şəxslərin izahatları ilə, digər iş materialları ilə tam sübuta yetirilir. Onun əməli xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdən ibarətdir. N.Kərimovun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan 17 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində X8 və ailə üzvlərinin ünvanına nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan məlum olur ki, Zərərçəkmiş şəxs DİN-in “102” Xidmətinə zəng edərək Naxış və İlhamə adlı qonşuların ona məxsus evinə taxılan kameraları sındırmaları barədə məlumat vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, evin giriş qapısının sağ tərəfindəki daş hasara bərkidilmiş 2 ədəd müşahidə kameraları sınmış vəziyyətdədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan məlum olur ki, X21 qonşusu Əfqangilin həyətindən onun evinə daş atması barədə məlumat vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında oğlu Hilalbəyli Əfqana məxsus evdə olan zaman evdəki kameralara qoşulmuş monitordan baxan zaman qonşuları Kərimova İlhamə anası Şəxsla birlikdə çöl qapısın qarşısına gələrək evin hasarına quraşdırılmış kameraları əlindəki taxta ilə qırmağa başladığını gördü və qorxusundan qapıdan çölə çıxıb onları dayandıra bilmədi, daha sonra ard-arda çöl qapıya möhkəm vururaraq onları evdən çıxmağa, əgər çıxmasaq evi başımıza yıxacağını qapını qıraraq içəri daxil olub əlindəki taxta ilə bizi öldürəcəyi ilə hədələyərək ünvanımıza uca səsli söyüş təhqir ifadələri işlətməyə başladılar. Hadisə olanda evin sahibi işdə olan oğlu Hilalbəyli Əfqana zəng edərək olanları ona dedi və o ona polisə zəng etməyini dedi. Hadisə təxminən 15-20 dəqiqə çəkibdir, əvvəllər aramızda münaqişələr olsa da həmin gün səbəbsiz oğlununun evinə hücum çəkərək, onlar kameraları qıraraq daha sonra evimizin qapısını qıraraq içəri daxil olmağa çalışırdılar, və darvaza taxta ilə möhkəm vuraraq uca səslə söyüşlər söyüb mənim ailəmə və ətrafda olan şəxslərə hörmətsizlik edirdilər, onları alçaldıblar, içəri daxil olarsa əlində olan taxtayla onları öldürəcəyi ilə hədələyirdilər, onun polis çağırdığımı bildikdən sonra oradan uzaqlaşdılar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, X16 xx.xx.2024-cü il tarixdə axşam saatlarında ailəsiylə birlikdə yaşadığı evdə olan zaman evdəki kameralara qoşulmuş monitordan baxan zaman qonşuları Kərimova İlhamə anası Şəxsla birlikdə çöl qapısının qarşısına gələrək evin hasarına quraşdırılmış kameraları əlindəki taxta ilə qırmağa başladığını gördü və qorxusundan qapıdan çölə çıxıb onları dayandıra bilmədi, daha sonra ard-arda çöl qapıya möhkəm vururaraq onları evdən çıxmağa çıxmasaq evi başlarına yıxacağını qapını qıraraq içəri daxil olub əlindəki taxta ilə onları öldürəcəyi ilə hədələyərək ünvanlarına uca səsli söyüş təhqir ifadələri işlətməyə başladılar. Hadisə olanda evdə azyaşlı övladları da çox qorxduğu üçün qaynatam Zərərçəkmiş şəxs həyat yoldaşı Hilalbəyli Əfqana zəng edərək olanları ona dedi və o polisə zəng etməklərini bildirdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, X21 xx.xx.2024-cü il saat 18:00 radələrində yaşadığı ünvanda olan zaman qonşusu Əfqanın evindən onların evinə daş atılmağa başdadı, atılan daşlardan biri onun çiyninə dəydi, bu zaman o öz evində hündür yerə çıxdı və Əfqanın həyətdə olduğunu gördü. Daha sonra isə o, dəmir yolu polisinə getdi oradan qayıdan zaman işıq transformatorunun yanındakı zibil qutularının qarşısı tərəfdə saat radələrində isə 20:00 qonşusu Fəxrəddinlə qarşılaşdı və bu zaman Fəxrərddin onu təhqir etməyə başladı və üzərinə doğru gəldi, yerdə olan taxta parçasını götürərək onun dizinə vurduqdan sonra dərhal oradan qaçdı. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2050 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən məlum olur ki, X14 bədəni üzərində sağ bazunun və sol dizin qançırlarının xəsarəti var. Qeyd olunan xəsarətlər bərk küt əşyaların təsirindən yaranmışdır. Müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixində daşla və taxta parçası ilə yetirilə bilər və sağlamlığa zərərvurmayan xəsarətlər aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli videogörüntülər və fotoşəkillər olan diskə baxılması barədə protokoldan görünür ki, diskdə olan video görüntü 3 hissəlidir və 12 ədəd fotoşəkil vardır. Həmin video görüntülər ümumilikdə 5 dəqiqə 25 saniyədən ibarətdir, Təqdim olunmuş birinci video 1 dəqiqə 15 saniyədən ibraətdir. Həmin video görüntülərə baxandan sonra aydın olur ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində 2 nəfər şəxs vət. X4 yaşadığı evin qarşısına gələrək şəxslərdən biri əlində olan taxta dəyənəklə evin daş hasarma quraşdırılmış nəzarət-müşahidə kamerasını qıraraq yarasız hala salır. Təqdim olunmuş 2 -ci video 40 saniyədən ibraətdir. Həmin video görüntüyə baxış keçirilən zaman həmin şəxslərin evin hasarma quraşdırılan digər nəzarət-müşahidə kamerasına yaxınlaşaraq taxta dəyənəklə kameraya zərbələr yetirir və müşahidə kamerasını qırıb yarasız hala salır. Təqdim olunmuş 3-cü video 3 dəqiqə 30 saniyədən ibarətdir. Həmin video görüntü ikinci 40 saniyəlik video görüntünün hərəkət sürətinin yavalaşdırılmış halıdır. Həmin yavaşladılmış video görüntüyə baxış keçirilən zaman vət. X11 nəzarət-müşahidə kameralarını qıran şəxslərin onun qonşuları X21 və Şəxs olduğunu müəyyən etmişdir. Təqdim edilmiş fotoşəkillərdə isə həmin şəxslərin dəyənəklə kameralara vurması anı və həmin şəxslərdən birinin üz nahiyyəsi əks olunmuşdur. İş materiallarında olan 17 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhər 5-ci Polis Bölməsinin inzibati binasında Mülayim Hilalbəylini təhqir edərək və bölmənin iş rejimini pozaraq xırda xuliqanlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Sumqayıt ŞPİ-nin 5-ci PB-nin məsul növbətçisi İdris Tahirovun raportundan məlum olur ki, xx.xx.2025-cii il tarixdə 5-ci PB-də məsul növbətçi kimi xidmətdə olarkən saat 10:00 radələrində bölmənin inzibati binasına daxil olan 2 nəfər qadin Şəxs və X21 bölməyə gəlmiş digər vətəndaş X6 nalayiq ifadələrlə söymüşdür.Bununla bağlı olaraq onlara bölmənin əməkdaşlar» Rüstəm Zahidov, Mehdi Qasımov, Famil İmanzadə, Seymur Əliyev tərəfindən irad bildirilmiş və onlar nizam intizama dəvət olunmuşdurlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X3 ərizəsində görünür ki, müraciəti əsasında zərərçəkmiş şəxs kimi polis bölməsinə dəvət olunmuş və xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində bölmənin inzibati binasına daxil olduqda dəhlizdə olan Naxış və İlhamə adlı şəxslər onu gördükdə yüksək səslə ünvanıma nalayiq ifadələr işlətmişlər və onu təhqir etmişlər. Bu barədə qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X3 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə bizimlə qonşuluqda yaşayan Naxış və İlhamə adlı şəxslər onların evinin çölündə olan kameraları sındırdıqları üçün və onu təhqir etdikləri üçün onların barəsində şikayət etmişdir. Onun şikayəti əsasında bugün yəni xx.xx.2025- ci il tarixdə toplanmış materialların məhkəməsə təqdim olunacağı ona bildirildi və onun da zərərçəkmiş şəxs kimi iştirak etməyi üçün polis bölməsinə dəvət olundu. xx.xx.2025-ci il tarixdə saat təxminən 10:00 radələrində o, polis bölməsinə gəldi. Bölmənin inzibati binasından içəri daxil olduqda Naxış və İlhamənin dəhlizdə olduqlarını gördü. Onlar da onu görən kimi ünvanına nalayiq ifadə işlədib onu "pozğun” və digər təhqiredici sözlər dedilər. Bunu polis əməkdaşları da gördü. Xahiş edir ki, bu barədə qanuni tədbir görülsün. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs izahatından görünür ki, X10 xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində 5-ci PB-da onu və qızı İlhamə Kərimovanı nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Bununla bağlı onda videogörüntü var. O və qızı onun söyüşlərinin qarşılığında qarğış etmiş, təhqir etməmişik. Heç bir əməl törətməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinin 1.2-ci bəndinə əsasən Şəxs barəsində eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Belə ki, məhkəmənin elektron sistemindən məlum olur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (105)-289/2025 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin ilə xx.xx.2025-ci il tarixli Şəxs İXM-in 510-cu maddəsi ilə tənbeh edilməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Göstərilənlərdən əlavə məhkəmə hesab edir ki, vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar