Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1787/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakıları ilə, xx.xx.1988-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Saraçlo kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İİİ qrup əlil, “X7” MMC-də yaşıllaşdırma idarəsində bağban vəzifəsində işləyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 17 may 2021-ci il tarixli MN № ******* №-li protokol tərtib olunmuşdur ona görə ki, 17.05.2021-ci il tarixdə saat 00:15 radələrində Sumqayıt şəhərində Şəxs sərxoş vəziyyətdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, “PUB 019” kafesində olaraq tətbiq olunmuş karantin rejimini pozmuş və buna görə də ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 17 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X3 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o 17.05.2021-ci il tarixdə saat 00:15 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, “PUB 019” kafesində piyvə içmiş, sərxoş vəziyyətdə olmuş və karantin rejimini pozmuşdur. Daha sonra kafeyə polis əməkdaşları daxil olmuş, o polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu hərəkətlərinə görə peşimandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin PPXT-nin polis nəfəri polis serjantı Zeynalov Sənan Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nin rəisi polis polkovnik-leytenantı Kənan Hümbətova 17.05.2021-ci il tarixli raportla müraciət edərək göstərmişdir ki, 17.05.2021-ci il tarixdə saat təxminən 00:15 radələrində “9144” çağırışlı avto patrulda xidmət apararkən postaçı yoldaşı polis serjantı Baxışov Turan ilə birlikdə xidməti ərazini gəzərkən 2-ci mikrorayon, Cəfər Cabbarlı küçəsində “Pub 019” adlı kafenin işlək vəziyyətdə olduğunu görmüşlər. Kafeyə daxil olduqda iki nəfər şəxsin pivə içdiklərini görmüşlər, həmin şəxslər onları gördükdə səbəbsiz yerə yüksək səslə söyüş söyməyə başlamışlar. Onları sakitliyə dəvət etdikdə həmin şəxslər onların da ünvanlarına nalayiq söyüşlər etməyə başlayaraq polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişlər. Onlar həmin vətəndaşları və obyekti işlədən şəxsi aidiyyəti üzrə 4-cü polis bölməsinə gətirmişdirlər. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17.05.2021-ci il tarixində saat 01:45-də tutulmuşdur. İş materiallarına əlavə olunmuş 17.05.2021-ci il tarixli 405№-li sərxoşluq hallarının bütöv növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, 17.05.2021-ci il tarixdə Şəxs 0,37% promil sərxoş vəziyyətində olmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddələr üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs peşmançılığını, 3-cü qrup əlilliyini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1, 32.2-ci maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxsə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla o, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 may 2021-ci il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1787/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1787/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver