Məhkəmə qərarları › İş №3(060)-179/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-179/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-179/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Sumqayıt şəhəri, Sülh prospektində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş nəticədə narkotikdən istifadə etməsi faktı aşkar olunuşdur. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023cü il tarixdə, saat 12:30 radələrində “Daewoo Nexia” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sülh prospektində hərəkətdə olan zaman yol patrul xidməti inspektoru tərəfindən saxlanılmışdır. Yol polis inspektoru ondan şübhələnərək Sumqayıt şəhəri Narkoloji Dispanserdə müayinədən keçməyi təklif etmiş, o isə heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə getmişdir. Narkoloji Dispanserdə ekspress test üsulu ilə müayinə zamanı Opioid qrupuna aid maddə qəbul etdiyi bildirilmişdir. O, narkotik vasitə qəbul etmədiyini, xəstə olduğu üçün Codeini Fosfat və Paracetamol dərmanları qəbul etdiyini demişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Respublika Gigiyena və Epidemiolagiya Mərkəzi RPŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans labaratoriyasında qan analizi vermiş, həmin qan analizini Sumqayıt şəhər Narkoloji Dispanserə təqdim etmişdir. Sumqayıt şəhər Narkoloji Dispanserinin 5108 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən aşkar edilmiş Codeini Fosfat və Paracetamol “Paraferin” dərman preparatının tərkib hissəsidir və bu dövriyyəsi qadağan olunmuş dərman preparatlarının siyahısına aid deyildir. Aşkar edilmiş Codeini Fosfat və Paracetamol “Paraferin” dərman preparatının tərkibində olduğunu nəzərə alaraq onda psixotrop və narkotik maddələr aşkar edilmədiyi bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş X1 məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Narkoloji Dispanserində həkim-narkoloq, şöbə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Şəxs Sumqayıt şəhər DYPŞ-nin əməkdaşları tərəfindən müayinədən keçirilməsi üçün Sumqayıt şəhər Narkoloji Dispanserinə gətirilmişdir. Müayinə zamanı Şəxs Opioid qrupuna aid maddə qəbul etdiyi aşkarlanmış və bu barədə 6321 nömrəli, xx.xx.2023-cü il taricli sərxoşluq vəziyyətinin tibbi müayinə aktı tərtib olunmuşdur. Lakin Şəxs xx.xx.2023cü il tarixdə Respublika Gigiyena və Epidemiolagiya Mərkəzi RPŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans labaratoriyasında qan analizi vermiş, həmin qan analizini Sumqayıt şəhər Narkoloji Dispanserə təqdim etmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Codeini Fosfat və Paracetamol “Paraferin” dərman preparatları qəbul etdiyini bildirmişdir. Codeini Fosfat preparatı Opioidlər qrupuna aid olduğu üçün müayinə zamanı narkotik maddə qəbul etdiyi müəyyən edilmişdir. Codeini Fosfat və Paracetamol “Paraferin” dərman preparatının tərkib hissəsidir və bu dövriyyəsi qadağan olunmuş dərman preparatlarının siyahısına aid deyildir. Aşkar edilmiş Codeini Fosfat və Paracetamol “Paraferin” dərman preparatının tərkibində olduğunu nəzərə alaraq Şəxs psixotrop və narkotik maddələr kimi qəbulu qiymətləndirilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli, 6321 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı sürücünün Opioid qrupuna aid maddə qəbul etdiyi aşkarlanmışdır. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 6321 nömrəli protokoldan görünür ki, ““Daewoo Nexia” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün müayinəyə göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Respublika Gigiyena və Epidemiolagiya Mərkəzi RPŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans labaratoriyasının məktubundan görünür ki, Şəxs narkotik və psixotrop maddələr aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 5108 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunndan görünür ki, Codeini Fosfat və Paracetamol “Paraferin” dərman preparatının tərkib hissəsidir və bu dövriyyəsi qadağan olunmuş dərman preparatlarının siyahısına aid deyildir. Aşkar edilmiş Codeini Fosfat və Paracetamol “Paraferin” dərman preparatının tərkibində olduğunu nəzərə alaraq Şəxs psixotrop və narkotik maddələr aşkar edilməmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* nömrəli protokola xitam verilməlidir. Belə ki, müayinə zamanı Şəxs Opioid qrupuna aid maddə qəbul etdiyi aşkarlanmış və bu barədə 6321 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktı tərtib olunmuşdur. Lakin Şəxs xx.xx.2023-cü il tarixdə Respublika Gigiyena və Epidemiolagiya Mərkəzi RPŞ Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans labaratoriyasında qan analizi vermiş, həmin qan analizini Sumqayıt şəhər Narkoloji Dispanserə təqdim etmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Codeini Fosfat və Paracetamol “Paraferin” dərman preparatları qəbul etdiyini bildirmişdir. Codeini Fosfat preparatı Opioidlər qrupuna aid olduğu üçün müayinə zamanı narkotik maddə qəbul etdiyi müəyyən edilmişdir. Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 5108 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əsasən Codeini Fosfat və Paracetamol “Paraferin” dərman preparatının tərkib hissəsidir və bu dövriyyəsi qadağan olunmuş dərman preparatlarının siyahısına aid deyildir. Aşkar edilmiş Codeini Fosfat və Paracetamol “Paraferin” dərman preparatının tərkibində olduğunu nəzərə alaraq Şəxs psixotrop və narkotik maddələr aşkar edilməmişdir. Bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən törədilmiş əməldə inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar