Məhkəmə qərarları › İş №3(060)-179/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-179/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-179/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, X1 barəsində olan inzibati xəta haqqında TP ******* saylı qərardan verdiyi şikayətə baxılmağa hazırlanması məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: X4 tərəfindən Sumqayıt ŞPİ-nin DYPŞ-nın 07 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin 07 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Respublikası İnzibati Xatalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan verilmiş şikayət xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şikayət prosessual müddət ötürülməklə verilmiş, müddətin bərpası barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır.(132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, Orxan Rzayevin şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını yoxlamaq mümkün deyildir. Bu inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, Orxan Rzayevin şikayəti icraata qəbul edilə bilməz. X5 şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edə bilməsi izah edilməlidir. Şərh olunanları və İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: X1 barəsində olan Sumqayıt Şəhər DYPŞ-nın 07 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti icraata qəbul edilməsin, şikayət və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılsın. X2 şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar