Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1790/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin inzibati xəta haqqında 17 iyul 2023-cü il tarixli, EP № 0089922, 10000-00063/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi (bundan sonra mətndə Əməliyyat-İstintaq Baş İdarəsi) tərəfindən Şəxs (bundn sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 482.1-ci maddəsinə əsasən 17 iyul 2023-cü il tarixli 10000- 00063/23 “EP № 0089922” saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC tərəfindən **********3671 və **********3677 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunmuş mallara xx.xx.2023-cü il tarixdə Sumqayıt Gömrük İdarəsinin “Xocasən” gömrük terminalında keçirilmiş gömrük yoxlaması nəticəsində aşağıdakı uyğunsuzluqlar müəyyən edilmişdir. **********3677 sorğu nömrəli gömrük bəyannaməsində birinci mal mövqeyi üzrə modeli “4+1 CCTV 2x0,22+2x0.50 CCA” kimi qeyd edilmiş kabel yükünün uzunluğu 115795 metr, brutto çəkisi 4562 kiloqram bəyan edilməsinə baxmayaraq, faktiki modeli “2+1 CCTV” olan kabelin uzunluqunun 52800 metr, brutto çəkisinin isə 1858 kiloqram olması, bəyannamənin 31-ci qrafasında qeyd olunan “4+1 CCTV' markalı kabelin uzunluğunun 62995 metr, brutto çəkisinin isə 2492 kiloqram təşkil etməsi məlum olmuşdur. Beləliklə cəmi brutto çəkisi 4350 kiloqram müəyyən edilmiş, bəyan ediləndən 212 kiloqram az olmaqla, çəki fərqi aşkar edilmişdir. **********3671 nömrəli gömrük bəyannaməsində isə birinci mal mövqeyi üzrə malın adı “soyuq dartmadan başqa emala məruz qalmamış alüminium ərintilərdən profillər” brutto çəkisi 1995 kiloqram, netto çəkisi 1640 kiloqram bəyan edilməsinə baxmayaraq, faktiki olaraq hər paletdə fərqli profillər olmaqla 929 kiloqram. 458 kiloqram və 756 kiloqram netto çəkili yüklər çəkilərkən 503 kiloqram artıq profil yükü müəyyən edilmişdir. Qeyd edilən mallara Dövlət Gömrük Komitəsinin X3 İdarəsi əməkdaşları tərəfindən baxış keçirilmiş və ********** XİF MN kodlu malın 14 kiloqram. ********** XİF MN kodlu malın 1373 kiloqram. ********** XİF MN kodlu malın isə 756 kiloqram olması məlum olmuşdur. Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilmiş və qeyd olunan material 26 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 10 avqust 2023-cü il tarixə təyin edilmişdir. Protokolu tərtib etmiş orqan Əməliyyat-İstintaq Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilərək qeyd etdi ki, "xxxx" MMC tərəfindən **********3671 və **********3677 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunmuş mallara xx.xx.2023-cü il tarixdə Sumqayıt Gömrük İdarəsinin “Xocasən” gömrük terminalında keçirilmiş gömrük yoxlaması nəticəsində uyğunsuzluqlar müəyyən edilmişdir. Qeyd olunanlara əsasən təmsil etdiyi hüquqi şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 482.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İs üzrə materiallarda olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4496 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kabel yükünün dəyəri 32.098,50 manat, alüminium profil yüklərinin dəyəri 9.930,00 manat, ümumiyyətlə bəyan edilməmiş plastik və kasa profil yüklərinin dəyəri 4.987,80 manat, jalüz qapı mühərriklərinin dəyəri 20.620,00 manat, silikon yükünün (Türkiyə Respublikası mənşəli olması ehtimal olunur) dəyəri isə 3.240,00 manat olmaqla, material üzrə yaranmış zərurətlə əlaqədar gömrük nəzarəti altında saxlanılan malların xx.xx.2023cü il tarixə olan orta bazar qiyməti 70.876,30 manat təşkil edir. İş materialında olan “cinayət isinin başlanmasının rədd edilməsi haqqında” Qərarın nəticə hissəsinin 3-cü bəndindən görünür ki, bəyan edilməmiş plastik və kasa profil yükləri təyinatı məsələsi yekun qərarla həll edilənədək, Sumqayıt Gömrük İdarəsinin Xocasən gömrük terminalında saxlanılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Şəxs MMC ümumi dəyəri 4.987,80 manat təşkil edən malları bəyan etməmiş, bununla da İXM-nin 482.1-ci maddəsi ilə məsuliyyət yaradan inzibati xəta hadisəsini törətmişdir. Bu fakt Sumqayıt Gömrük İdarəsindən 1500-013/0xx-xx/001136 nömrəli 03 iyun 2023-cü il tarixli məktubla daxil olmuş material, isdə olan izahatlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4496 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyi və isdə olan digər sənədlərlə təsdiq edilir. İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 4.987,80 (dörd min doqquz yüz səksən yeddi manat, səksən qəpik) manat təşkil edən malların dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 1.995,12 (bir min doqquz yüz doxsan beş manat, on iki qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1790/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1790/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver