Məhkəmə qərarları › İş №3(060)-1790/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1790/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1790/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi ilə, Azərbaycan Respublikası DİN-nin Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN-nin Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş qərardan X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixdə tərtib olunub, şikayət isə 20 (iyirmi) gündən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə verilib. Həmçinin Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmiş, həmçinin inzibati tənbeh vermə haqqında qərarı 20 gün müddətində əldə etməsi barədə hər hansı sübutu şikayətə əlavə edilməmişdir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Materialdan görünür ki, şikayət ərizəsi səlahiyyəti olmayan şəxs (X3) tərəfindən imzalanmışdır. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. X1 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş qərardan vermiş olduğu şikayət ərizəsində olan nöqsanları (ərizəni özü və ya etibarnamə və vəkil orderi olan müdafiəçisi tərəfindən imzalanmaqla) aradan qaldıraraq şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə Qərara aldı: xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. X1 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Sumqayıt Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş qərardan vermiş olduğu şikayət ərizəsində olan nöqsanları aradan qaldıraraq şikayət vermək müddətinin bərpa edilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar