Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1794/2024 01.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İXP ******* saylı, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı, xx.xx.2024-cü il tarixli və İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokollar tərtib edilmişdir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş inzibati material Sumqayıt şəhər Polis İdarəsi Dövlət X2 geri qaytarılmalıdır. Belə ki, Şəxs tərəfindən törədilmiş ayrı-ayrı inzibati xətalara görə barəsində ayrı-ayrı tərtib olunmuş inzibati xəta haqqında protokollar bir müşayiət məktubu ilə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qanunvericiliyin tələbinə əsasən şəxs tərəfindən törədilmiş hər bir inzibati xətaya görə barəsində ayrıca protokol tərtib edilməli, həmin protokollara ayrı-ayrı icraatda baxılmalı və hər bir inzibati xətaya ayrıca hüquqi qiymət verilməlidir. Belə olduğu halda Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş dörd protokola bir icraatda baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı, xx.xx.2024-cü il tarixli və İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokollar və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Polis İdarəsi Dövlət X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1794/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1794/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver