Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1797/2024 03.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Qərardan şikayət verən şəxs X4 etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi baş məsləhətçi X6 iştirakı ilə , Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X4 nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. X10 şikayətlə məhkəməyə müraciət edərək X12 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırılmışdır ki, X12 Xidməti tərəfindən "xxxx" MMC-yə göndərilən xx.xx.2024-cü il tarixli 3-17-5/2-40517/2024 nömrəli məktubda (məktubun surəti əlavə olunur) qeyd olunmuşdur ki, “2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığınız şəxslərin adına ƏƏSMN-in X1 Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.” Bu faktı əsas götürən DƏMX "xxxx" MMC barəsində inzibati protokol tərtib edərək hüquqi şəxs barəsində qərarın qəbul edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, "xxxx" MMC-nin direktoru X10 barəsində isə, xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir (Qərarın surəti əlavə olunur). Sözügedən protokola əsasən şirkət, xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən isə, şirkətin direktoru X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsində (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli hesab olunmuşdur. Nərimanov Rayon Məhkəməsi "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xx.xx.2024-cü il tarixli 3(005)-2134/2024 nömrəli Qərarı ilə hüquqi şəxs barəsində aparılan icraata xitam vermişdir (qərar əlavə olunur). Hörmətli Məhkəmə, aşağıda qeyd olunanlara əsasən hesab edirəm ki, X12 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir: 1. DƏMX-in "xxxx" MMC-yə ünvanlandığı məktubda qeyd olunanın əksinə, bildirirlər ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmır. Azərbaycan Respublikasında iş icazəsi yalnız əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün alınır və o da, xüsusi ərazi ilə məhdudlaşmır. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sisteminə şəxslərin adı, həmin əraziyə maneəsiz giriş-çıxış məqsədilə daxil edilir. Nərimanov Rayon Məhkəməsinə göndərilən inzibati xəta üzrə iş materiallarından görünür ki, DƏMX-in əmək müqaviləsi bağlanmadan işlədiyini iddia etdiyi şəxslər X17 (AZE ********), X13 (AA 3602971), X14 (AZE ********)-dur. Həmin şəxslərdən X14 monitorinqin aparıldığı vaxt (2024-cü ilin may ayında) “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində icraçı şirkət kimi qeydiyyata alınan "xxxx" MMC-nin əmək müqaviləsi üzrə işçisi olmuşdur (əmək müqaviləsi bildirişi əlavə olunur). Onlara aydın deyil ki, DƏMX bu şəxsin “Əmək və Məşğulluq” altsistemində "xxxx" MMC ilə əmək müqaviləsinin olduğunu necə müəyyən edə bilməmişdir. X17 və X13 isə, "xxxx" MMC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi fəaliyyətə subpodratçı olaraq cəlb etdiyi "xxxx" MMC-nin işçiləri olmuşdur. Monitorinqin aparıldığı vaxt (2024-cü ilin may ayında) həmin şəxslərin qüvvədə olan əmək müqavilələri olmuşdur (əmək müqaviləsi bildirişləri əlavə olunur). Məlumat üçün bildirirlər ki, "xxxx" MMC ölkə ərazisində sahibkarlıq fəaliyyətini müxtəlif subpodratçı şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirir. Həmin şirkətlərdən biri də "xxxx" MMC-dir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 01.01.022-cü il tarixli “Subpodrat müqaviləsi” qoşmaya əlavə edilir. Qeyd olunanları nəzərə alaraq bir daha diqqətə çatdırır ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi, bu ərazilərə maneəsiz giriş-çıxışın tənzimlənməsi məqsədilə yardılmışdır. Hesab edirlər ki, həmin informasiya sisteminin məlumatlarını ətraflı təhlil etmədən və dəqiq araşdırma aparmadan girişinə icazə verilən şəxslərin əmək müqavilələrinin olmaması və ya olsa belə, bu şəxslərin mütləq sistemə adı əlavə edilən icraçı şirkətin işçiləri olması yanaşmasını yanlış hesab edirlər və təcrübə də göstərir ki, bu cür dəyərləndirmə yanlış qərarın qəbul edilməsinə gətirib çıxarır və qanunvericilikdə də buna dair hər hansı imperativ tələb yoxdur. 2. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)- 2134/2024 nömrəli Qərarında qeyd olunur ki, məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. X17, X14 və X13 xx.xx.2024-cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi vəya mülki-hüquqi müqavilə olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi sübuta yetirilmişdir. Məlumat üçün bildirir ki, xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X16 vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir (poçt göndərişinin izlənməsinə dair məlumat vərəqəsi əlavə olunur). Bütün yuxarıda sadalanan hallar sübut edir ki, X10 tərəfindən İXM- nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Qeyd olunanları nəzərə alaraq X12 Xidməti tərəfindən X10 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta üzrə icraata xitam verilməsi xahiş edilir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili X8 şikayəti müdafiə edərək bildirdi ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qərarı ilə eyni xətaya görə hüquqi şəxs barəsində olan inizibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, həmin qərardan X12 Xidməti tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Qeyd olunanları nəzərə alaraq həmin hüquqi şəxsin direktoru X10 barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərara xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X11 bildirdi ki, hüquqi şəxsin təqsiri müəyyən edilməmişdir, lakin hesab edirlər ki, əsas təqsirli olan hüquqi şəxsin direktorudur. Ona görə də qərarın qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (1-ci tərəf) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (2-ci tərəf) arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli müqavilədən görünür ki, 1-ci tərəf müvafiq xidmətlər üzrə (daşıma, anbar, təmizlik və s.) ona daxil olmuş sifarişləri 2-ci tərəfə yönləndirir, həmin Tərəf isə sifarişləri yüksək səviyyədə və lazimi şəkildə icra edilməsini təmin edir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “sürücü” vəzifəsində işləyən X17 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Bu bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “sürücü” vəzifəsində işləyən X13 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Bu bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “sürücü” vəzifəsində işləyən X14 xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və onun əmək müqaviləsinə xitam verilməsinin tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. Bu bildiriş sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)- 2134/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1730/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Hüquqi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-2134/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsində tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla X10 tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, X4 direktoru olduğu "xxxx" MMC barəsində də İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, birinci instansiya məhkəməsi tərəfindən hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin qərar qüvvədə saxlanılmışdır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə hesab edir ki, X5 əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilən bütün hallar və normaların tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1797/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1797/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver