Məhkəmə qərarları › İş №3(060)-18/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-18/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-18/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X1, Məhkəmə iclas katibi:X2, Qərardan şikayət vermiş şəxs: Əliyev Raşin Şahin oğlunun iştirakı ilə Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan X5 Şahin oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 Şahin oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Əliyev Raşin Şahin oğlu ərizəsini onunla əsaslandırmışdır ki, TP6914804 xx.xx.2024 cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 342.2.2-ci maddəsi nəqliyyat vasitələrinin sürücü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi halına yol verilməsi kimi təqsirli bilinib Yol patrul xidməti inspektoru polis baş serjantı Mehrahzadə Yaşar tərəfindən 150 AZN məbləğində cərimə olunmuşdur. Onun idarə etdiyi Toyoto prius ** LF *** dövlət nişanlı nəqliyyat vasitəsini Ceyranbatan qəsəbəsi ərazində saxlayaraq gözlə baxaraq normaya uyğun olmayan qabaq fara lampalarının quraşdırılmasını bildirib protokol yazaraq nəqliyyat vasitəsini Saray postuna sürməyini bildirdi. Saray postunda cərimə meydançası dediyi ərazidə saxlamağını deyib və nəqliyyat vasitəsinin orda qalacağını bildirib açarı ondan aldı. Bu günə kimi nəqliyyat vasitəsi Saray postunda qalır. Yol patrul xidməti inspektoru heç bir qurğu və dəzgahdan istifadə etməyərək normativ tələblərin pozulub pozulmadığını necə müəyyən edə bilər? Yol patrul xidməti inspektoru polis baş serjantı Mehrahzadə Yaşar nəqliyyat vasitəsininin qabaq fara lampalarında işığın düşmə bucağını ,sağa sola səpələnməsini və s. gözüylə normaya uyğun olub olmadığını neçə yoxlaya bilər? Onun idarə etdiyi nəqliyyat vasitəsinin qabaq lampalarında işığın düşmə bucağı, sağa sola səpələnməsi standarta tam uyğundu və qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinə heç bir maneə yaratmır. TP6914804 xx.xx.2024 cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Əliyev Raşin Şahin oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara əsasən Əliyev Raşin Şahin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin: - 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarda törədilməsi ehtimal olunan inzibati xətanın aşkar edilməsində istifadə edilmiş xüsusi texniki vasitəsi haqqında yuxarıda qeyd olunmuş göstərilməli olan məlumatlar öz əksini tapmamışdır. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X6 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş zəruri sübutların təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş X6 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbdən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 342.2.2-ci maddəsinə əsasən “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Əliyev Raşin Şahin oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əliyev Raşin Şahin oğlunun şikayəti qismən təmin edilsin. Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar