Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-180/2021 06.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ xx xxxxxx 2021-ci il Sumqayıt şəhəri Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Yardımlı rayonu, Astanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Astanlı kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra idarəsindən Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə MN ******* №-li tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Yardımlı rayon Məhkəməsinin 2(038)- 332/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs ilə Şəxs arasında bağlıanmış xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə cavabdeh Şəxs 74.900 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ümumilikdə 74930 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs verilməlidir. Hazırda 67.930 manat borc yaranmışdır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Yardımlı rayon Məhkəməsinin 2(038)-332/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən əsasən Zərərçəkmiş şəxs ilə Şəxs arasında bağlıanmış xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə ondan 74.900 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ümumilikdə 74930 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs verilməlidir. Maddi imkanı aşağı olduğundan ödəniş edə bilmir, hazırda fərdi əməklə məşğul olur, gələcəkdə pulu ödəyəcəkdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Yardımlı rayon Məhkəməsinin 2(038)-332/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən əsasən Zərərçəkmiş şəxs ilə Şəxs arasında bağlıanmış xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə cavabdeh Şəxs 74.900 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ümumilikdə 74930 manat məbləğində pul tutulub ona verilməlidir. Hazırda 67.930 manat borc yaranmışdır. Bunları nəzərə alıb borclu Şəxs qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx xxxxxx 2021-ci il, saat 15:15-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-180/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-180/2021
06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver