Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1801/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X3, Onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 04 may 2021-ci il tarixli, MN № ******* saylı və 04 may 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 04 may 2021-ci il tarixli, MN № ******* saylı və 04 may 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verərək, həmin qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 ərizəsinə dəyişiklik edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 04 may 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X5 şikayətini onunla əsaslandırdı ki, o və anası X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən 04 may 2021-ci il tarixli, MN № ******* saylı və 04 may 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarla hər biri 50 (əlli) manat məbləğində inzibati cərimə olunmuşlar. O, həmin qərarda göstərilən hərəkətləti etməmiş, nalayiq ifadələr işlətməmişdir. Bunu təsdiq edən heç bir video görüntü yoxdur. 11 (on bir) ildir Mədəniyyət müəssisəsində çalışır, peşəkar işlədiyi üçün fəxri fərmanlarla təltif olunmuş və 2 məktəb bitirmişdir. Hal-hazırda İqtisad Universitetinin “Dövlət İdarəetmə” ixtisası üzrə qiyabi təhsil alır. O, 04.05.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində məhkəmə iclası zamanı hüququnun pozulması ilə bağlı bina qarşısında Məhkəmənin sədri Səadət Bəktaşi və məhkəmənin hakimi Elman Rəhimov həmin gün məhkəmə iclası zamanı qanunu pozub onun hüquqlarını pozduqlarına görə binanın qarşısında söz azadlığı olan Azərbaycan Respublikası vətəndaşı kimi haqqımı tələb etmiş, onun qəbul etmələrini tələb etmiş və dövlət rəhbərliyinə onların qanunsuzluqlarını çatdıracağını bildirmişdir. Binanın qarşısında video kameralar olduğu ərazidə dayanıb səsini aidiyyatı orqanlara çatdırmaq üçün danışmışdır. Amma məhkəmənin tələbi ilə binanın qarşısına gələn Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin 10-a yaxın əməkdaşı onu və anasını Polis Bölməsinə aparmışlar. Polis avtomobilinin içərisində polis əməkdaşları ona zor tətbiq etdikdən sonra o huşunu itirmiş və X11 əməmkdaşlarının köməyi ilə özünə gəlmişdir. Sonra onlar evə getmiş, səhəri gün onlar barəsində inzibati protokol tərtib olunduğunu bilib 06.05.2021-ci il tarixdə 4-cü Polis Bölməsinə gəlmişdir. 4cü Polis Bölməsindən onlara bildirmişlər ki, onlara yazılan cəriməni polis əməkdaşları özləri ödəyəcəklər. Bu da onun göstərir ki, o, həmin qərarda göstərilən hərəkətləri etməmiş və nalayiq ifadələr işlətməmişdir. Həmçinin onun barəsindən protokol tərtib edilərkən ondan izahat alınmamışdır. Ona görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 04 may 2021ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X4 bildirdi ki, 04.05.2021-ci il tarixdə qızı X5 ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsində məhkəmə baxışı zamanı qızının hüquqları pozulduğu üçün məhkəmə binasının qarşısında video kameralar olduğu ərazidə dayanıb səsini aidiyyatı orqanlara çatdırmaq üçün danışmışdır. Lakin həmin danışıq zamanı nə qızı X5, nə də ki o ictimai qaydanı pozmamış və nalayiq ifadələr işlətməmişlər. Polis əməkdaşları Sumqayıt Apellyasiya Məhkəməsinə gələrək onları zor tətbiq edərək Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparmışlar. Yolda olarkən qızının halı pisləşmiş və ona X11 çağırılmışdır. Sonra onlar evə getmiş, səhəri gün onların barəsində inzibati protokol tərtib olunduğunu bilib 06.05.2021-ci il tarixdə onunla birlikdə 4cü Polis Bölməsinə gəlmişlər. 4-cü Polis Bölməsindən onlara bildirmişlər ki, onlara yazılan cəriməni polis əməkdaşları özləri ödəyəcəklər. Bu da onun göstərir ki, o və qızı həmin qərarlarda göstərilən hərəkətləri etməmiş və nalayiq ifadələr işlətməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 bildirdi ki, o, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində sahə rəisi vəzifəsində işləyir. 04.05.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsindən daxil olan məlumata əsasən ilk olaraq əməliyyat qrupu sonra isə o Sumqayıt Apellyasiya Məhkəməsinə getmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin binasının qarşısına gəldikdə X1 və X3 ictimai qaydanı pozduqlarını, nalayiq ifadələr işlətdiklərini və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqlarını görmüşdür. Polis əməkdaşları ilə birlikdə onları Polis Bölməsinə aparmışlar. Polis Bölməsində onlarin barəsində Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunarkən X4 və X5 izahat verməkdən və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X6 bildirdi ki, o, Sumqayıt şəhər Mühafizə İdarəsində polis nəfəri işləyir. O, 04.05.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində xidmətdə olarkən X4 və X2 küy salaraq məhkəmənin iş rejimini, ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmişlər. Bu zaman Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri onları qəbul etmiş, lakin buna baxmayaraq onlar sakitləşməmiş və məhkəmənin binası qarşısında da ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmişlər. Bu barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat verilmiş və bir müddət sonra 4-cü Polis Bölməsinin əməmkdaşları gələrək onları Polis Bölməsinə aparmışlar. İş materiallarında olan inzibati tənbeh vermə haqqında 04 may 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, həmin qərarla 50 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materialına əlavə edilmiş 16 may 2021-ci il tarixli Sumqayıt şəhər Səhiyyə Şöbəsi TTYS-nın arayışından görünür ki, 04.05.2021-ci il tarixdə saat 19:07 radələrində X5 adına 73 nömrəli çağırış daxil olmuşdur. Məhkəmə, proses iştirakçısını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 04.05.2021-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin bibnasının qarşısında ictimai qaydanı pozmuş, bununla əlaqədar onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən 04 may 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv olunması üçün heç bir əsaslar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 4cü Polis Bölməsi tərəfindən 04 may 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərarlar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1801/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1801/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver