Məhkəmə qərarları › İş №3(060)-1802/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1802/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1802/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP7370189 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP7370189 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP7370189 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respulikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 90 manat cərimə və 3 bal tətbiq edilmişdir. O, idarə etdiyi avtomobillə svetoforun yaşıl işığında hərət etmişdir. Buna görə də həmin qərarın əsassız olaraq qəbul edildiyini hesab edir. Bu halı təsdiq edən hər hansı fotoşəkil və videogörüntü yoxdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizə təqdim edərək şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayətçi X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP7370189 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar