Məhkəmə qərarları › İş №3(060)-1804/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1804/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1804/2025 28.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Yaqubov Məqsəd Rəfəddin oğlunun iştirakı ilə, Yaqubov Məqsəd Rəfəddin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29314280 saylı X2 Rəfəddin oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Yaqubov Məqsəd Rəfəddin oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29314280 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şikayət ərizəsindən görünür ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29314280 saylı qərarı ilə İXMnin 327.2-ci maddəsi 100 AZN cərimə edilmişdir. Həmin yolda təcili tibbi yardım maşını saxladığına görə məcburi şəkildə əks istiqamətdə hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Günün əksər hallarında yolun həmin hissəsində maşınlar dayandığına görə bütün maşınlar məcburi şəkildə qaydanı pozur. EQ 29314280 nömrəli, xx.xx.2025-ci il tarixli, inzibati xəta haqqında qərarın ləğv edilmə xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Yaqubov Məqsəd Rəfəddin oğlu bildirdi ki, sözügedən ərazi ensiz yol olmaqla həmişə orada avtomobil saxlayır. Bu səbəbdən avtomobillər məcbur olub yol nişanın tələblərini pozurlar. Hadisə baş verən günü onun yolunun üzərində sürücüsüz təcili tibbi yardım avtomobili saxladığından məcburi olaraq yolda olan düz xətti tapdalayıb keçmişdir. İnzibati xətanı törətdiyini etiraf edir, lakin bu hal məcburiyyətdən irəli gəlmişdir. Sözügedən cəriməni ödədiyini, lakin ona yazılmış balın silinməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 29314280 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Yaqubov Məqsəd Rəfəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun: - 36-cı maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə “Chevrolet Cobalt LTZ minik” markalı, **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Yaqubov Məqsəd Rəfəddin oğlu əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Eyni zamanda qərardan şikayət vermiş şəxs İXm-nin 327.2-ci maddəsi üzrə təqsirli bilinib tənbeh olunmasına dair yazılmış inzibati cərimənidə ödəmiş, cəriməni ödəməklə onun tərəfindən inzibati xətanı törətməsini bir daha təsdiq etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29314280 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Yaqubov Məqsəd Rəfəddin oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Yaqubov Məqsəd Rəfəddin oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29314280 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Yaqubov Məqsəd Rəfəddin oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Yaqubov Məqsəd Rəfəddin oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29314280 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar