Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1806/2024 01.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızının, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 332.3, 334-1.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq yolun səthi ilə sürtünməsi səsləri çıxararaq yolun səthində çoxsaylı təkər izləri buraxaraq avtoxuliqanlıq etdiyi üçün saxlanılmış, yoxlama zamanı narkotik maddənin təsiri altında olduğu müəyyən edilmişdir. Eyni zamanda Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi müəyyən edilmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3, 334-1.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis leytenantı X4 bildirdi ki, bu gün səhər 10.15 radələrində 156 saylı Patrul maşınında Sumqayıt şəhəri, Elmar dairəsi deyilən ərazidə xidmətdə olan zaman Şəxs nəqliyyat vasitəsini sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi iə sürtünməsi, səslərinin çıxarılması və yol səthində izlər qoyulmasına yönələn hərəkətlər etdiyini müşahidə etmişdirlər. Həmin avtomobili saxlamış, bu zaman avtomobilin ön nömrəsinin olmadığını da müəyyən etmişlər. Daha sonra isə şəxsin sürücülük vəsiqəsi olmadan maşını idarə etməsi də məlum olmuşdur. Eyni zamanda onlarda şübhə yarandlğından şəxs həmçinin həkim müayinəsinə aparılmış və müayinə nəticəsində şəxsin psixatrop maddələr qəbul etdiyini öyrənmişlər. Bu faktla bağlı inzibati qaydada araşdırılma aparılmış, nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3, 334-1.1 və 511.1.3-cü maddələrinin tələblərini pozması müəyyən edildiyindən, sonuncunun barəsində inzibati qaydada tədbir görülməsi üçün inzibati xəta haqqında İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokol tərtib etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, gecə saat 3-dən maşın idarə etmişdir. Heç bir yerdə qaydanı pozmamışdır. Sadəcə olaraq səhər həmin vaxt digər avtomobilin sürücüsü heç bir maneə olmadan tormoz verməklə onu əsəbləşdirmişdir. Belə ki, həmin maşın ondan irəlidə hərəkət etmiş və tez tez əyləcdən istifadə etmişdir. Bundan əsəbləşərək yerdə sürtünməyə səbəb olacaq həddə maşınını idarə etmiş, həmin vaxt məqsədi ətrafdakılara qarşı hörmətsizlik etmək, avtoxuliqanlıq etmək niyyəti olmamışdır. Hazırda törətdiyi əmələ görə hamıdan üzr istəyir. Nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olmasından xəbəri olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd edilənlərin nəzərə alınmasını və ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X3 bildirdi ki, Şəxs həmin vaxt ondan öndə hərəkətdə olan avtomobilə görə əsəbi olmuş, bu səbəbdən adekvat olmayan reaksiya vermişdir. Lakin o, polislərin bütün qanuni tələblərini yerinə yetirmiş, avtomaşını saxlamışdır. Vəkil qeyd edilən inzibati xəta üçün qanunvericilikdə nəzərdə tutulmuş ən aşağı həddə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsində yol patrul xidməti inspektoru işləyir. Xidmətdə olan zaman sürücü idarə etdiyi avtomobillə qəfildən sürətli hərəkətlər etmiş, nəqliyyat vasitəsini sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi iə sürtünməsi səslərini çıxarılmışdır. Bu hal onların diqqətini cəlb etdiyi üçün həmin maşına yaxınlaşdılar və bu zaman sürücünün sürücülük hüququ olmadan maşını idarə etdiyi və müayinədən keçən zaman isə psixotrop maddələr qəbul etməsi məlum olmuşdur. İş materiallarında olan disklərdəki video görüntülərdə Şəxs avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərin çıxarılmasına yol verməklə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməsi əks etdirilmişdir. İşdə olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə xx.xx.2024-cü il tarixli A/1866 nömrəli protokoldan görünür ki, Şəxs müayinəsi zamanı alkoqol, sərxoşluq vəziyyətinin olmadığı, lakin marixuana qəbul etdiyi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3, 334-1.1 və 511.1.3-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapır və ona daha ciddi xətaya görə inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3, 334-1.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətməsi inzibati xəta haqqında İXP ******* saylı xx.xx.2024-cü il tarixli protokol, özünün etirafedici izahatı və iş materiallarına əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətaların xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh növü kimi həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.3, 334-1.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada həbs müddətinin əvvəli xx.xx.2024-cü il saat 10:15-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №3(060)-1806/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1806/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver