Məhkəmə qərarları › İş №3(060)-1807/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1807/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1807/2024 01.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə, Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:40 radələrində Sumqayıt şəhəri, 2-ci Paralel küçəsində yerləşən avtomobil duracağında olan avtomobilini qanunsuz olaraq çıxartmağa çalışan zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni göstərişlərinə qəsddən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 10:40 radələrində Sumqayıt şəhəri, 2-ci Paralel küçəsində yerləşən avtomobil duracağında olan avtomobilini qanunsuz olaraq çıxartmağa çalışan zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni göstərişlərinə qəsddən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Buna görə də barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, birinci qrup Qarabağ əlilidir. Bu səbəbdən ona “Xəzər” markalı avtomobil verilmişdir. Əlil olduğu üçün avtomobil özü idarə edə bilmir. Eyni zamanda onu sürücülük hüququ da yoxdur. Onun maddi vəziyyəti aşağıdır. Gəlir əldə etmək məqsədilə sözügedən avtomobili Təbriz adlı şəxsə icarəyə vermişdir. Təbriz isə YPX əməkaşı tərəfindən saxlanmış və avtomobil duracağa yerləşdirilmişdir. O isə avtomobilin orada nə səbəbə yerləşdirilməsi ilə bağlı polis əməkdaşlarından izahat istəmiş, hansı əsasla orada yerləşdirilməsinin səbəbini bilmək istəmişdir. Bu səbəbdən avtomobildə əyləşmişdir. Lakin o, PPX-nin əməkdaşlarına tabe olmuş, tələblərini yerinə yetirmişdir. Qeyd edilənlərə əsasən o, iş üzrə icraata xitam verilməsini xahiş edir. Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. O, polis əməkdaşlarının tələblərinə tabe olmuşdur. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vətən Müharibəsi iştirakçısıdır və əlildir. Qeyd edilənlərə əsasən o, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin Dövlət yol polis şöbəsi, yol-patrul xidməti inspektoru X5 məhkəmə iclasında bildirdi ki, Şəxs onların icazələri olmadan avtomobili duracaqdan özbaşına çıxarmaq istəmişdir. Ondan avtomobili tərk etməsi tələb edilsə də, bu tələbə tabe olmamışdır. O, yalnız PPX əməkdaşları gəldikdən sonra avtomobildən enmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin Dövlət yol polis şöbəsi, yol-patrul xidmətinin baş inspektoru X4 məhkəmə iclasında bildirdi ki, Şəxs məxsus olduğu iddia olunan “Xəzər” markalı avtomobil İXM-in 510-cu madddəsinin tələblərinə əsasən duracağa yerləşdirilmişdir. Şəxs avtomobili duracaqdan çıxarmaq istədikdə isə ona icazə verilməmişdir. O isə YPX əməkdaşlarının bu tələbinə tabesizlik göstərmişdir. Şəxs sözügedən avtomobilə sahiblik və istifadə hüququ yoxdur. O, yalnız şifahi olaraq həmin avtomobilin ona məxsus olduğunu iddia edir. O, PPX əməkdaşları gəldikdən sonra polisin tələblərinə tabe olmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs qəsdi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaq olmamışdır. Şəxs məhkəmə iclasında avtomobilin duracağa yerləşdirilməsi səbəbini öyrənmək üçün avtomobildə əyləşdiyini bildirmişdir. Onun avtomobilin duracağa yerləşdirilməsi səbəbini öyrənmək istəməsini polis əməkdaşları da təkzib etməmişdir. Məhkəmə X1 vətən müharibəsi iştirakçısı olmasını, əlil olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar