Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-181/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, X2 barəsində olan inzibati xəta haqqında EQ 11547869 saylı protokoldan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü ildə X2 barəsində olan X9 İdarəsinin EQ 11547869 saylı protokoldan verdiyi şikayət daxil olmuşdur. Məhkəmə verilən şikayətə baxmağa hazırlıqla bağlı müəyyən etmişdir ki, şkayət qərardan verilməli olduğu halda protokoldan verilmiş, şikayət prosessual müddət ötürülməklə verilmiş, müddətin bərpası barədə vəsatət verilməmiş, şikayətdə göstərilən məlumatlarla işdəki məlumatlar bir-birinə uyğun gəlmir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X2 şikayəti qərardan verilməli olduğu halda protokoldan verilmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını yoxlamaq mümkün deyildir. Bu inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Bununla bərabər, X4 şikayətində hadisənin xx.xx.2022-ci il tarixdə baş verdiyini, bununla bağlı EQ 11547869 saylı protokol tərtib edilməsini göstərmişdir. Məhkəmədə işin öyrənilməsi və baxılmağa hazırlanması ilə bağlı inzibati xəta haqqında EQ 11547869 saylı protokolla bağlı qərar götürülmüş və işə əlavə edilmişdir. Məlum olmuşdur ki, EQ 11547869 saylı protokolla bağlı qərar X5 barəsindədir və xx.xx.2022-ci il tarixdə, həmin tarixdə baş vermiş inzibati xəta ilə bağlı tərtib edilmişdir. Göründüyü kimi, şikayətdəki məlumatlar ziddiyyətlidir, şikayətə qərarın surəti əlavə edilməmişdir, hansı qərarın mübahisələndirildiyi bilinmir. Odur ki, X2 şikayəti icraata qəbul edilə bilməz. X1 izah edilməlidir ki, nöqsanları aradan qaldıraraq, şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə, mübahisələndirdiyi qərarın surətini şikayətə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 barəsində olan X9 İdarəsinin EQ 11547869 saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayəti icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. X3 nöqsanları aradan qaldıraraq, şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə, mübahisələndirdiyi qərarın surətini şikayətə əlavə etməklə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-181/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-181/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver