Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1810/2025 13.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati icraat aparılan X2 iştirakı ilə, Sumqayıt ŞPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 may 2025-ci il tarixində Sumqayıt şəhərində dairəvi hərəkət təşkil olunmuş yolayrıcına yaxınlaşarkən DYP əməkdaşına məxsus xidməti nəqliyyat vasitəsini görüb dərhal saxlayaraq ona yol vermişdir. Həmin anda DYP əməkdaşı ona əl işarəsi ilə hərəkət etməyini göstərəndən sonra dairəyə daxil olmuşdur. Ardınca əməkdaşlar onu saxlayaraq əvvəlcə yol hərəkəti qaydasını pozduğunu, bu səbəbdən 100 manat məbləğində cərimə və 3 cərimə balı tətbiq olunacağını bildirdilər. O bu qərarla razılaşmamış və İnzibati Xətalar Məcəlləsinin 93-cü maddəsinə əsasən qərarın yerində təqdim edilməsindən imtina edib, rəsmi qaydada ünvana göndərilməsini tələb etdi. Sonradan mənə 327.1-ci maddə ilə 40 manat və 2 cərimə bah tətbiq olunmuş İXP 7П8819 saylı protokol təqdim edildi. Daha sonra bu protokol Asanpay sistemindən silinərək, eyni nömrə ilə 327.2-ci maddə üzrə yenidən yüklənmiş və cərimə 100 manat və 3 cərimə balına dəyişdirilmişdir. Bu dəyişiklik “İnzibati icraat haqqında” Qanunun 10-cu (qanunilik), 11-ci (obyektivlik), 12-ci (şəffaflıq) maddələrinə ziddir. Eyni protokol nömrəsi ilə bir neçə dəfə fərqli qərarların verilməsi, əvvəlki qərarın silinməsi və yeni qərarla əvəz olunması hüquqi baxımdan ciddi pozuntu hesab olunur. Qeyd edir ki, dairəyə daxil olarkən DYP əməkdaşının göstərişinə əsasən hərəkət etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 59.3cü maddəsinə əsasən, sürücü yol hərəkətini tənzimləyən şəxsin siqnallarına - digər qaydalardan asılı olmayaraq -tabe olmalıdır. Bu baxımdan onun hərəkəti qanun çərçivəsində olub və inzibati məsuliyyətə cəlb edilməyi əsassızdır. Bundan əlavə, DYP əməkdaşları ona qarşı etik davranış normalarını pozaraq, inzibati qərar təqdim etmədən və izahat almadan xidməti avtomobilə oturmağa məcbur etmiş, etiraz etdikdə, isə israrlı davranış sərgiləmişlər. Bu, vətəndaş hüquqlarına birbaşa müdaxilədir və müvafiq təlimatların pozulması deməkdir. Baş X5 İdarəsinə etdiyim ilkin və əlavə şikayət müraciətlərinə verilmiş cavablar isə, təqdim etdiyim arqument və faktlara əsaslanmadan, səthi və formal xarakter daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə çıxarılmış qərarın əsassız və qanunazidd olduğunu hesab edir. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qararından şikayət verilmiş orqana, həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iştirakları təmin edilməmiş, məhkəmə tərəfin iştirakı olmadan məhkəmə iclaslarının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş mobil telefon çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixində Məhəmməd Səfiyev İXM-in 327.1-ci maddəsi ilə (İXP7118819) 40 manat məbləğində cərimə edilmiş, xx.xx.2025-ci il tarixində isə İXP7118819 nömrəli protokol üzrə icra qərarı qüvvəyə minmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, inzibati tənbeh vermə qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X5 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, mobil telefon çıxarışına əsasən inzibati xəta haqqında protokol ilə inzibati tənbeh vermə haqqında qərarın məzmunu ziddiyyətlidir. İnzibati xəta haqqında protokol İXM-in 327.1-ci maddəsi ilə tərtib edilsə də, tənbeh qərarı sanksiyası daha ağır maddə olan İXM-in 327.2-ci maddəsi ilə tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədidir. Göstərilən ziddiyyət X1 tələblərinə ziddir. Bundan başqa şikayətçi dairədə avtomobilini tam saxladığını, YPX inspektorunun göstərişi əsasında hərəkətə başlamasını bildirmişdir ki, göstərilən xüsusat inzibati xəta hadisəsi üzrə mühüm əhəmiyyət kəsb edən araşdırılması zəruri olan faktiki haldır. Həmin faktiki halların araşdırılması DYPŞ-də təhlükəsiz şəhər kameralarına və YPX inspektorunda mövcud olan səs və video yazılarına baxış keçirməklə mümkündür. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qararından şikayət verilmiş orqana, həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iştiraklarının təmin edilməməsi, hər hansı sübutun təqdim edilməməsi şikayət üzrə tam və obyektiv araşdırmanın aparılmasını mümkünsüz etmişdir. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1810/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1810/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver