Məhkəmə qərarları › İş №3(060)-1812/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1812/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1812/2021 09.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şikayət vermiş şəxs - Qədirov Tural Camaləddin oğlunun iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 08.04.2021-ci il tarixli, TP ******* saylı Qərarından X2 Camaləddin oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Camaləddin oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 211.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Dövlət X6 tərəfindən qəbul edilmiş 08.04.2021-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X2 Camaləddin oğlu izahatında göstərdi ki, Sumqayıt şəhər Dövlət X6 tərəfindən qəbul edilmiş 08.04.2021-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ilə Azərbaycan Respublikası İXM-nin 327.1 və 211.2-ci maddələri ilə təqsirli bilinib əsassız olaraq 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, o öz övladı ilə şəxsi avtomobilində gedərkən yol patrul xidməti tərəfindən saxlanılaraq maskadan istifadə etmədiyi üçün cərimə edilmişdir. Buna görə də həmin qərarı əsassız hesab edir. Odur ki, şikayətinin təmin olunmasını və Sumqayıt şəhər Dövlət X6 tərəfindən qəbul edilmiş 08.04.2021-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan Qədirov Tural Camaləddin oğluna təqdim edilmiş 08.04.2021ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qədirov Tural Camaləddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 211.2-ci maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati iş üzrə tam, hərtərəfli, obyekiv araşdırma aparmaq məqsədilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 sorğu göndərərək 08.04.2021-ci il tarixli, TP ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialları Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 həmin sorğuya 09.06.2021-ci il tarixli 80 saylı cavab məktubundan görünür ki, inzibati xəta ilə bağlı video görüntü və s. dəlil və sübutların saxlanılma müddəti bitdiyi üçün qeyd olunan materialların Məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək Məhkəmə hesab edir ki, Qədirov Tural Camaləddin oğlunun şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 211.2-ci maddələri ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 08.04.2021-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qədirov Tural Camaləddin oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər Dövlət X6 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 08.04.2021-ci il tarixli, TP ******* saylı Qərar ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar