Məhkəmə qərarları › İş №3(060)-1812/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1812/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1812/2022 04.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs1, Tələbkar Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 04 iyul 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs 5730 manat Zərərçəkmiş şəxs1, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-330/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 4630 manat Zərərçəkmiş şəxs2 ödəməlidir. Lakin borclu icra sənədi üzrə tələbi icra etməkdən üzürsüz olaraq boyun qaçırmışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 04 iyul 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-554/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs 500 manat cərimə edilmişdir. Lakin icra sənədi qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətdən artıq keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs tutulub 5700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs1 və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 4600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Bundan əlavə Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-554/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Dəfələrlə onun tərəfindən Şəxs borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləğlərindən Zərərçəkmiş şəxs2 cəmi 100 manat məbləğində pul ödəmişdir. Onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan tutulub 5700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs1 və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 4600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Bundan əlavə o Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-554/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Zərərçəkmiş şəxs1 heç bir ödəniş etməmiş, Zərərçəkmiş şəxs2 isə qətnamə qəbul edilməmişdən əvvəl 800 manat, qətnamə qəbul edildikdən sonra isə 100 manat məbləğində pul ödəmişdir. Borclardan gələcəkdə hissə-hissə ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs tutulub 5700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu ona ödənilməsi qət edilmişdir. Qətnamə qəbul edildikdən 03 ay sonra ondan bank kartı varsa şəklini göndərməsini və ona ödəniş edəcəyini bildirsə də, bu günədək bəhanələr gətirərək borc məbləğindən heç bir ödəniş etməmişdir. Bu məsələ ilə bağlı icra məmuru da dəfələrlə Şəxs ona olan borcunu ödəməsini bildirsə də, heç bir nəticə əldə olunmamışdır. Borc məbləğinin hissə-hissə ödənilməsinə razı deyildir, bütün ödənilməsini bildirdi. Ona görə də, onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 4600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Şəxs ilə qonşu olduqlarını, daha əvvəl ona satmaq üçün qızıl verdiyini və onun da qızılı satıb pulu vaxtında qaytardığını bildirdi. Lakin sonra satmaq üçün bir şəhid ailəsinin qızıllarını ona vermiş, o da qızılları satdıqdan sonra pulu qaytarmamışdır. Qətnamə qəbul olunduqdan sonra cəmi 100 manat məbləğində pul ödəmişdir. Dəfələrlə ona borcunu ödəməsini bildirsə də, bu günədək cəmi 100 manat məbləğində pul ödəmişdir. Ona görə də, onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 2(060)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs tutulub 5700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan 2(060)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs tutulub 4600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-554/2022 saylı,xx.xx.2022ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və tələbkarların izahatlarını dinləyərək və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və o, həmin maddələrin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 3442-ci maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6639/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs tutulub 5700 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs1 və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-330/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 4600 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilsə də, bu günədək onun tərəfindən icra sənədləri icra etməmişdir. Ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 554/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. . Lakin icra sənədi qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətdən artıq keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və 700 (yeddi yüz) manat məbləğində cərimə olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, ona 200 (iki yüz) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Şəxs təyin olunmuş inzibati tənbeh tədbirləri müstəqil icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar