Məhkəmə qərarları › İş №3(060)-1812/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1812/2023

03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1812/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə X3 barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə X3 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ X7 Şöbəsinin TP ******* saylı, 27 fevral 2023-cü il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ X7 Şöbəsinin TP ******* saylı, 27 fevral 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ilə X1 Respublikası İnzibati Xatalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan verilmiş şikayət isə xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X5 bildirdi ki, mübahisələndirilən qərar 27 fevral 2023-cü il tarixdə ona “SMS” vasitəsi ilə göndərilmiş, həmin qərardan isə şikayəti 26 iyul 2023-cü il tarixdə məhkəməyə vermişdir. Bundan başqa Xalid Şükürov tərəfindən iş materiallarına əlavə edilmiş zərfdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ X7 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, 27 fevral 2023-cü tarixli qərar xx.xx.2023-cü il tarixdə Xalid Şükürov tərəfindən qəbul edilmişdir. Beləliklə məhkəmə verilən şikayətə baxaraq müəyyən etdi ki, hər iki halda şikayət prosessual müddət ötürülməklə verilmiş, lakin müddətin bərpası barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X3 şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş, həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Belə bir vəsatət verilmədiyindən şikayətin vaxtında verilib-verilməməsini, prosessual müddətin buraxılıb-buraxılmamasını yoxlamaq mümkün deyildir. Bu inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, X3 şikayəti geri qaytarılmalı, həmçinin X4 izah edilməlidir ki, şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: X3 barəsində olan Azərbaycan Respublikası DİN Sumqayıt ŞPİ DYPŞ-nin TP ******* saylı, 27 fevral 2023-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər X4 geri qaytarılsın. X4 şikayətlə birlikdə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar