Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1813/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 vəkili X2 Azərbaycan Respublikası Qida Təhlükəsiziyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 barəsində olan inzibati xəta haqqında qərardan verdiyi şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, məhkəmə, müəyyənetdi: Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə X1 barəsində olan Azərbaycan Respublikası Qida Təhlükəsiziyi Agentliyi Bakı Regional Bölməsinin MN ******* saylı, 06 iyul 2023-cü il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət daxil olmuşdur. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X1 vəkili X4 xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsiziyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə qərardan şikayət verən şəxs X1 vəkili X2 ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 barəsində olan Azərbaycan Respublikası Qida Təhlükəsiziyi Agentliyi Bakı Regional Bölməsinin MN ******* saylı, 06 iyul 2023-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1813/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1813/2023
07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver