Məhkəmə qərarları › İş №3(060)-1814/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1814/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1814/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, qərardan şikayət vermiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 vəkili Hacızadə Vahid Şahid oğlunun iştirkı ilə Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsinin rəisi Zaur Kərimov tərəfindən qəbul edilmiş MN № ******* saylı, 06 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin drektoru X4 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından onun direktoru X4 Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsinin rəisi Zaur Kərimov tərəfindən qəbul edilmiş MN № ******* saylı, 06 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İş materialına əlavə olunmuş "xxxx" MMC-nin drektoru X3 vəkili Hacı-zadə Vahid Şahid oğlunun ərizəsindən görünür ki, X2 Bakı Regional bölməsinin tərəfindən "xxxx" MMC barəsində tərtib olunmuş qərardan verilmiş şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılması xahiş edilmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, MN № ******* saylı, 06 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan "xxxx" ASC-nin drektoru X4 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının X2 Bakı Regional bölməsinin rəisi Zaur Kərimov tərəfindən qəbul edilmiş MN № ******* saylı, 06 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin drektoru X4 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar