Məhkəmə qərarları › İş №3(060)-1822/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1822/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1822/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci Abşeron rayonu, Ceyranbatan qəsəbəsində doğulmuş, subay, ali təhsilli, “xxxx” MMC-də İnformasiya üzrə mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşxxxx Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis baş serjantı Sadiq Ağayev tərəfindən 01.05.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında AP seriyalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, AE 027071 saylı sürücülük vəsiqəsi ilə **-SD-*** dövlət qeydiyyat nişanlı “Toyota Camry minik” markalı avtomobili idarə edən xx.xx.1998-ci Abşeron rayonu, Ceyranbatan qəsəbəsində doğulmuş, subay, ali təhsilli, “xxxx” MMC-də İnformasiya üzrə mütəxəssis vəzifəsində işləyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşxxxx sürücü Bayramlı X1 hərəkət edən zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanıdı. Yoxlama zamanı sürücünün sərxoş halda olduğu aşkar edilmişdir. Sumqayıt şəhər polis idarəsinin DYPŞ tərəfindən Şəxs barəsində İXM-nin 329.1 və 333.1-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 20.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 02.06.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, özünə məxsus “Toyota Camry minik” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili AE 027071 sürücülük vəsiqəsi ilə idarə edərəkən o, Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi şöbəsi yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı ondan spirtli içki qəbul etdiyini soruşduqda o spirtli içki qəbul etmədiyini bildirsə də onu Sumqayıt şəhər Narkoloji Dispanserinə dəvət edərək ondan sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməsi tələb edilmişdir. Müayinə zamanı onda 0.41% promil spirtli içki qəbul edildiyi aşkar olunmuşdur. Lakin o, həmin gün (0.00% pivə) tərkibində spirt olmxxxx pivə içdiyini bildirmişdir. Bundan sonra o buna etiraz edərək Respublika Narkoloji mərkəzi xəstəxanasına sərxoşluq vəziyyətinin tibbi müayinəsinə müraciət edərək təkrar müayinə olunmuş və müayinənin nəticəsi 0.00% promil qeyd olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanları nəzərə alaraq məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Narkoloji Dispanserin həkimi X4 ifadəsində göstərdi ki, 01.05.2021-ci il tarixdə saat 17:50-də Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin əməkdaşı tərəfindən Sumqayıt Narkoloji Dispanserə sərxoşluq vəziyyətinin tibbi müayinəsidən keçirmək məqsədi ilə dəvət olunan şəxsiyyəti sonradan məlum olan Şəxs müayinəsi zamanı onda 0.41% promil sərxoşluq aşkar olunmuş və qeyd olunan hal Dispanserin 2392 №li 01.05.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında qeyd olunmuşdur. Lakin vətəndaş 2 saat 35 dəqiqədən sonra Bakı şəhərində başqa Dispanserdə təkrar müayinədən keçib akt əldə etmiş, həmin aktda artıq sərxoşluq halı müəyyən edilməmişdir. Hər keçən saata görə 15-20 promil sərxoşluğun göstəricisi aşağı düşdüyündən Şəxs Bakı şəhərində müayinə olunarkən onda sərxoşluq göstəricisinin 0,00 olması təbii haldır. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.1-ci maddədən əlavə İXM-nin 329.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 2392 №li 01.05.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı, həmçinin şahidin ifadəsi ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (01.05.2021-ci il tarixdə saat 17:40) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus AC 648202 № li sürücülük vəsiqəsi 17.11.2016-cı ildən 17.11.2026-cı ilədək etibarlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bayramlı X2 Xətalar Məcəlləsinin 333.1-ci maddələrinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar