Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1823/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1991-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3; 332.1; 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 01.05.2021-ci il tarixdə vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3; 332.1; 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi DYPŞ tərəfindən AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 01.05.2021-ci il tarixdə Stansiya Sumqayıt ərazisində hərəkət edərkən işıq cihazından istifadə qaydasını pozduğu üçün saxlanılmış, yoxlama zamanı etibarnaməsiz və sərxoş halda avtomobili idarə etdiyi məlum olmuşdur. Vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş materiallarını araşdıraraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 01.05.2021-ci il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01.05.2021-ci il tarixdə, saat 23:20-də Mercedes markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3; 332.1; 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2396 saylı, 01.05.2021-ci il tarixli akta əsasən yoxlama zamanı Şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamış, sidik nümunəsi götürülərək ekspres test üsulu ilə yoxlama zamanı narkotik vasitə olan mor qəbul etməsi faktı aşkarlanmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Mercedes markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanca qəbul edilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, o, törətdiyi inzibati xətada özünü təqsirli bilir. Beləliklə, iş materiallarından da göründüyü kimi vətəndaş Şəxs oğlunun nəqliyyat vasitəsini narkotik vasitədən istifadə edərək idarə etdiyi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququnundan məhrum etmə növündə inzibati tənbeh təyin edilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3; 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün materiallar Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3; 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün materiallar Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-yə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1823/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1823/2021
08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver