Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1823/2024 05.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157.1ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı dair işi nəzərdən keçirib, müəyyən etdi: Məhkəmənin icraatına Sumqayıt Şəhər Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən qərar və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, inzibati xəta törətmiş şəxs Şəxs yetkinlik yaşına çatmayan şəxs olmaqla xx xxxx 2007-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, buna baxmayaraq həmin şəxs barəsində inzibati araşdırma aparılarkən İXM-nin 63-cü maddəsi pozulmaqla yetkinlik yaşına çatmayan Şəxs qanuni nümayəndəsinin və vəkilinin iştirakı təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinin tələblərindən aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 100.4-cü maddəsinə əsasən 14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir. Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları bu Məcəllədə nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır. Həmin Məcəllənin 100.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmamış və ya 14 yaşına çatmış cinayət prosesi iştirakçısının cinayət-prosessual fəaliyyət qabiliyyətini cinayət prosesini həyata keçirən orqan müvafiq hüdudlarda tanıyır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən 14 yaşına çatmamış habelə daha artıq yaşı olan, lakin yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şahidin qanuni nümayəndəsi olmadıqda cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunan normalardan çıxış edərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat səthi aparılmış, sübutlar toplanmamış, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinin iştirakı təmin edilməmiş, onun izahatı qanuni nümayəndənin iştirakı olmadan alınmış, həmçinin İXM-nin 66-cı maddəsinin tələbləri pozularaq yetkinlik yaşına çatmayan şəxslərin işi üzrə icraat zamanı vəkil təmin edilməmiş, onun bu hüququ pozulmuşdur. Bu səbəbdən məhkəmə inzibati xəta haqqında materiallar natamam olduğu üçün geri qaytarılmasını məqsədəmüafiq hesab edir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 61, 66, 100, və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Sumqayıt Şəhər Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gülnarı Tağızadə
Məhkəmə qərarları › İş №3(060)-1823/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1823/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver