Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1825/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis Əşrəf Məsiyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X1, Sumqayıt Regional vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1- ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində köhnə “xxxx” mebel evi binasının damında “xxxx” MMC-nin mülkiyyətində olan xxxx MMC-yə məxsus quraşdırılmış baza stansiyasının dəmir qovşağından 6 metr uzunluğunda 4x10 kabeli oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Əşrəf Məsiyev protokolda yazılanları təsdiq edərək, Şəxs 03.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində köhnə “xxxx” mebel evi binasının damında “xxxx” MMC-nin mülkiyyətində olan xxxx MMC-yə məxsus quraşdırılmış baza stansiyasının dəmir qovşağından 6 metr uzunluğunda 4x10 kabeli oğurlamışdır. Bununla “xxxx” MMC-yə 92.15 manat maddi ziyan dəymişdir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, o, həqiqətəndə 03.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində köhnə “xxxx” mebel evi binasının damında xxxx MMC-yə məxsus quraşdırılmış baza stansiyasının dəmir qovşağından 6 metr uzunluğunda 4x10 kabeli oğurlamışdır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 izahatında “xxxx” MMC-nin mülkiyyətində olan “xxxx” MMCyə məxsus mobil baza stansiyasından 03 aprel 2021-ci il tarixdə oğurlanmış kabellərin dəyərinin ödənilmədiyini, şikayətçi olduğunu bildirirək Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs oğluna yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin, inzibati xəta törətmiş şəxsin, və inzibati protokol tərtib etmiş şəxsin, müdafiəçinin izaahtlarını dinlərəyək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs 03.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində köhnə “xxxx” mebel evi binasının damında “xxxx” MMC-nin mülkiyyətində olan xxxx MMC-yə məxsus quraşdırılmış baza stansiyasının dəmir qovşağından 6 metr uzunluğunda 4x10 kabelləri oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri olması onun özünün etirafı, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İş materillarına əlavə edilmiş 13 aprel 2021-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs 03.04.2021-ci il tarixdə Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində köhnə “xxxx” mebel evi binasının damında “xxxx” MMC-nin mülkiyyətində olan xxxx MMC-yə məxsus quraşdırılmış baza stansiyasının dəmir qovşağından 6 metr uzunluğunda 4x10 kabeli oğurlamışdır. İş materillarına əlavə olunmuş 19 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 may 2021-ci il tarixdə saat 23:30-da tutulmuşdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs hüquqi şəxs “xxxx” MMCnin etibarnamə üzrə nümayəndəsi X1 ərizəsindən görünür ki, Şəxs tərəfindən həmin MMC-yə dəymiş maddi ziyan 92.15 manat ödənilməmişdir. Şəxs şikayətçidirlər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l dı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 19 may 2021-ci il tarixdən, saat 23.30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Müdafiəçi Vəkil göstərdiyi 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1825/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1825/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver