Məhkəmə qərarları › İş №3(060)-1825/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1825/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1825/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 müdafiəçisi Bakı şəhər 11 saylı Vəkil Bürsounun vəkili Vəkil iştirakı ilə, Qubadlı rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İXP5478114 nömrəli, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inibati tənbeh vermə haqqında qərar ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Qubadlı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işin aidiyyəti məsələsinə Qubadlı rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin müdafiəçisi Vəkil izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs hərbicidir. O, hal-hazırda ünvan 1 ünavnında yaşayır bu səbəblə də işin aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməsini xahiş etdi. İXM-nin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. İş materialında olan xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, qərardan şikayət vermiş şəxs X3 Bakı şəhəri, Nizami rayonunda yaşadığı üçün şikayətinin baxılmasını, həmin rayonun Hərbi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını bildirmişdir. İş materialına əlavə olunmuş, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında kirayə qalan X3 aylıq 200,00 manat ödəməklə yaşayır. İşdə olan şəxsi vəsiqəsinin surətindən görünür ki, qərardan şikayət vermiş şəxs X3 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Beləliklə, məhkəmə hesab edir ki, X3 hərbçi olmaqla ünvan 1 ünavnında yaşadığından hazırki iş aidiyyatı üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qubadlı rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X2 şikayətinə dair 3(060)-1825/2023 saylı iş aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilsin. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar