Məhkəmə qərarları › İş №3(060)-1825/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1825/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1825/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, 5 nömrəli orta məktəbdə müəllimə işləyən, ünvan 2-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: 15UQZU9) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 23 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X7 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən baldızı Ülviyyə ilə aralarında mübahisə yarandığını, mübahisə zamanı digər baldızı Yaqutun onun armağını dişləyərək xəsarət yetirdiyini, həmçinin həyat yoldaşı X5 polisə şikayət edəcəyi təqdirdə onu və övladlarını öldürəcəyi ilə hədələdiyini, həmçinin xx.xx.2009-cu il təvəllüdlü oğlu X1 sol nahiyyəsindən sillə zərbəsilə vurduğunu bildirmişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün xx.xx.2025-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edillmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün qərarın surəti sahə rəisi kimi ona təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, anası X8 xx.xx.2025-ci il tarixdə rəhmətə getmişdir, onun rəhmətə getməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə evdə cümə axşamı verirdilər. Onunla bağlı da o, atası X6 yaşadığı Sumqayıt şəhəri, 4-cü mkr, ev 1/70, mənzil 29-a getmişdir. Qeyd etmək istəyir ki, qardaşı X13 da ailəsi birlikdə orada yaşayır. Cümə axşamını yola verdikdən sonra o, həmin ünvanda çıxıb gedirdi. Yolda olan zaman qardaşı A.Qəmbərov ona zəng edərək atası M.Qəmbərov ilə mübahisə etdiyini dediyi üçün geri qayıtmışdır. Geri qayıtdıqdan sonra nəyə görə mübahisə etdiklərini soruşduqda qardaşı pula görə mübahisə etdiklərini dedi. O, da atasından vəziyyəti soruşduqda təqaüd kartının qardaşıgildə olduğunu, ona yaxşı baxmadıqlarını, qardaşının oğlu X4 ona sataşdığını bildirmişdir. O, də bu barədə C.Qəmbərova irad bildirdikdə yaxşı etdiyini demişdir. O, da ayıb olsun dedikdə onu itələmişdir. Bundan sonra o, onun anası Zərərçəkmiş şəxs çağırmış və vəziyyəti dedikdə o, da oğlunun yaxşı etdiyini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Bu zaman C.Qəmbərov onun saçından tutaraq başını divara vurmaq istəmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs bir əli ilə onun qollarından tutmuş, digər əli ilə isə 2 barmağını onun gözünə salmaq istədikdə əli onun ağzına girmişdir. Bu zaman o, Ülkərin əlindən dişləmişdir. Bundan sonra C.Qəmbərov da Zərərçəkmiş şəxs da ondan aralaşmışdır.. Bundan sonra o, mənzili tərk edərək öz yaşadığı ünvana getmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, təxminən 24 il olar ki, X13 ilə evlidir. Bu evlilikdən 1 oğlan və 1 qız övladları var. Qeyd etmək istəyir ki, qaynanası X9 rəhmətə getdiyi üçün cümə günü ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə hərkəs, yəni qohumlar onların yaşadıqları evdə idi. Təxminən saat 22 radələrində həyat yoldaşı A.Qəmbərov ilə qaynatası X14 ilə aralarında mübahisə düşmüş, bundan sonra baldızı Ülviyyə atasına yəni qaynatasına yaxşı baxmadığını, sonra onu onun atasına yaltaqlıqla günahlandırmış, bu zaman aralarında mübahisə yaranmış və əli ilə onun sinəsindən tutmuşdur. Bundan sonra digər baldızı Yaqut onun əlindən dişləmişdir. Sonra oğlu X11 araya girib aralaşdırmışdır. Bundan sonra A.Qəmbərov C.Qəmbərovun sol sifət nahiyəsindən sillə zərbəsilə vurmuşdur. Daha sonra o, oğlunu aralaşdırıb oradan uzaqlaşdırıb xalası qızı Səyalının evinə göndərmişdir. Sonra isə bir müddət mübahisə davam etmişdir. Həyat yoldaşı A.Qəmbərov evdən çıxıb getmiş və xx.xx.2025-ci il tarixdə saat 08:30-da evə gəlmişdir. Polisə şikayət edəcəyi təqdirdə onu və uşaqlarını öldürəcəyini deyərək onu hədələmişdir. Hazırda Şəxs qarşı şikayətçidir. Qanunamüvafiq qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X12 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməl özünü müdafiə xarakteri daşıyır. Bu səbəbdən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 23 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında qardaşının yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan 05 iyun 2025-ci il tarixli, 755 saylı “Məhkəmə-tibbi ekspertiza və X10” Publik Hüquqi şəxsin rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ əlin İV barmağının qançırı və 2 ədəd yarası. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən dişlənməklə əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci il maddəsi ilə inzibati tənbeh tədbiri götürməsindən ötrü Sumqayıt ŞPİ-nin 3-cü PB aidiyyəti sahə rəisinə həvalə edilmişdir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirməsi, döyməsi, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarkteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfi Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X12 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar