Məhkəmə qərarları › İş №3(060)-1826/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1826/2022

05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1826/2022 05.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, İİ qrup əlil, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Orxan Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Quliyev X1 rayon Məhkəməsinin 2(028)-431/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən qaytarmalı olduğu avtomaşını qərəzli olaraq qaytarmaqdan imtina etməklə icra məmurunun qanuni tələbinə məhəl qoymamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-431/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs məxsus olan “Mitsubisi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ondan alınaraq Zərərçəkmiş şəxs qaytarılması qət edilmişdir. Heç yerdə işləmir və əlilliyinə görə müalicə alır. Avtomaşın ona pul əvəzinə verilmiş, lakin sənədləşdirmə aparılana kimi Zərərçəkmiş şəxs sənədləri ləğv etdirmişdir. Hal-hazırda avtomobil onda deyil, cünki yaxın adamından müalicə üçün pul götürmüş və avtomobili pul əvəzinə ona vermişdir. Ona olan pul borcu verilmədiyinə görə avtomobili saxladığını bildirərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Qubadlı rayon Məhkəməsinin 2(028)-431/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan “Mitsubisi Pajero” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs alınaraq ona qaytarılması qət edilmişdir. Lakin avtomobil ona geri qaytarılmamışdır. Avtomobilinin geri qaytarılmasını tələb edərək Şəxs qanuna uyğun cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə Şəxs İİ qrup əlil olması və himayəsində 2 azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Orxan Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Quliyev X1 rayon Məhkəməsinin 2(028)-431/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən qaytarmalı olduğu avtomaşını qərəzli olaraq qaytarmaqdan imtina etməklə icra məmurunun qanuni tələbinə məhəl qoymamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar