Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1826/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsi 3-cü PB-nin sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, vətəndaş Şəxs 29.05.202-ci il tarixdə ünvan 1-da Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxsnın barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı X6 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında Şəxs və həyat yoldaşı Qəmbərov Ülkər arasında söz mübahisəsi yaranmışdır. Həmin vaxt onların evində yas mərasimi olduğuna görə Şəxs bacıları da orada olmuşlar. Aralarında olan mübahisə bir qədər kobudlaşdığına görə Zərərçəkmiş şəxs da müdaxilə etmək istəmiş, Zərərçəkmiş şəxs izahatında qeyd etdiyinə görə atası tərəfindən ona şillə vurulmuşdur. Şəxs dediyinə görə isə şillə vurmayıb yaxud heç bir təsir göstərilməyib. Bununla bağlı ona təhqiqat materialı daxil olmuş, o da təhqiqat materialını araşdırıb məhkəməyə göndərmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, mübahisə olan zaman o ayaqyolunda olmuş, səs-küy eşitmiş, çıxarkən oğlu Zərərçəkmiş şəxs yumruğunu sıxıb bacısını vurmaq istədiyini görmüşdür. O da uşağa “sən kimi vurursan?” deyərək acıqlanmış, bu zaman balaca bacısı onun qarşısına keçərək uşağı vumamasını bildirmişdir. O, bacısı ilə danışana qədər anası uşağa qaçmasını demiş, o da qaçıb getmişdir. O da uşağın arxasıyca getmiş, lakin onu tapa bilməmişdir. Yaxınlıqda qohumları yaşayır, uşaq tez-tez oraya getdiyindən düşünmüşdür ki, yenə ora gedib. Daha sonra qızının işdən çıxmaq vaxtı olduğu üçün qızının arxasıyca getmişdir. Hadisə bu şəkildə baş vermişdir. O, ümumiyyətlə uşağı vurmamışdır. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, mübahisə ilk öncə atası ilə babası arasında baş vermiş, daha sonra bibiləri Yaqut və Ülviyyəni çağırmışlar. Onlar da gəlib söhbəti aydınlaşdırmaq istəyərkən anasına söz atmışlar və balaca bibisi anasının üzərinə hücum çəkmək istəyərkən o, balaca bibisi Ülviyyəni otağa itələmiş, daha sonra o biri bibisi Yaqut anasının üzərinə hücum çəkmək istəyərkən onun da boynundan tutub içəri itələmişdir. Daha sonra bu hadisəni atası görmüş və elə bilmişdir ki, o, bibisini vurur. Atası əlinə nəsə götürmək üçün otağa girmiş, həmin vaxt anası ona qaçmağını bildirmişdir. O, çıxıb həyətə düşmüş və atası çıxıb onu axtarmışdır. Bir yerdə rastlaşmışlar və atası ona bildirmişdir ki, ya səni öldürəcəm, ya da bu evə gəlməyəcəksən. Atası evdə olarkən sağ üz tərəfindən şillə vurmuşdur. Bundan başqa bibiləri anasının üzərinə hücum çəkərkən onun qarşısına keçdiyi üçün hücum ona gəlmiş, ona əl-qol atmışlar, sol tərəfdən üzünə, boynuna, sinəsinə cırmaq atmışlar. Şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 və Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti, X5 döyərək ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirən X7 və Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərərvurmayan xəsarətlər yetirən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati tənbeh tədbirləri görülməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilmişdir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 756 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində “sol alt çənə qövsünün, boynun, döş qəfəsinin sıynqlan“ xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər,müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxsin bədəni üzərindəki xəsarətlərin Şəxs tərəfindən yetirilməsi sübuta yetirilməmişdir. Belə ki, zərərçəkmiş şəxsin ifadəsində Şəxs tərəfindən onun qeyd etdiyi nahiyyələrə yetirilən xəsarətlərlə ekpsertiza rəyində qeyd olunan xəsarətlər tamamilə fərqlidir. Həmçinin ekspertiza rəyində qeyd olunan xəsarətlər zərərçəkmiş şəxsin ifadəsində qeyd etdiyi bibiləri tərəfindən yetirilən xəsarətlərlə üst-üstə düşür. Bununla da məhkəmə-tibbi ekspertizasının rəyində qeyd olunan xəsarətlərin məhz Şəxs tərəfindən yetirilməsini təsdiq edəcək sübut mövcud deyildir. Eyni zamanda ekspertiza rəyi əsasında qeyd olunan xəsarətlərin barəsində inzibati protokol tərtib edilən şəxs tərəfindən yerinə yetirilməsini təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası İXM-nin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati işin araşdırılan hallarında görünür ki, Şəxsnın zərərçəkmiş şəxsi döyməsi faktı sübuta yetirilmir və ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xətaya dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1826/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1826/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver