Məhkəmə qərarları › İş №3(060)-1828/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1828/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1828/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Zəngilan rayonu, Şamlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 3 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərarlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 18 may 2021-ci il tarixli MN seriyalı ******* №li və 18 may 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 26.04.2021-ci il tarixdə saat 08:00-da 1 saylı doğum evindən Zərərçəkmiş şəxs 2 qram çəkidə üzüyünü oğurlamışdır; 26.04.2021-ci il tarixdə saat 16:00-da 1 saylı doğum evindən X1 70 manat pulunu oğurlamışdır. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 20 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şifahi vəsatətlə müraciət edərək dəymiş ziyanların ödənilməsi ilə bağlı işin təxirə salınmasını məhkəmədən xahiş etdiyindən işə baxılması 25 may 2021-ci il tarixə təxirə salınmışdır. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadı ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-1828/2021 və 3(060)-1829/2021 №li işlər bir icraatda 3(060)-1828/2021 nömrə ilə birləşdirilmişdir. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi X6 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, müvafiq olaraq 26.04.2021-ci il tarixdə saat 08:00-da 1 saylı doğum evindən Zərərçəkmiş şəxs 2 qram çəkidə üzüyünü oğurlamış və 26.04.2021-ci il tarixdə saat 16:00-da 1 saylı doğum evindən Zərərçəkmiş şəxs 70 manat pulunu oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda törətdiyi inzibati xətadan səmimi peşman olmaqla zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı ödəməsini və həmin şəxslərin ona qarşı şikayətinin olmamasını nəzərə alaraq həmin inzibati xəta haqqnda protokollar üzrə barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, zərərçəkmiş şxəslərin ərizələrini və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun özünün və protokolu tərtib etmiş şəxsin izahatı ilə yanaşı, iş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması barədə qərarla da sübuta yetirilir. İXM-nin 53.0.10-cu maddəsinə əsasən, bu Məcəllənin 227-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tam ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə olunmuş X5 və Zərərçəkmiş şəxs ərizələrindən də görünür ki, onlara qarşı vurulmuş ziyan inzibati xətanı törətmiş şəxs tərəfindən tam ödənilmişdir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsindəki 18 may 2021-ci il tarixli MN seriyalı ******* №li və 18 may 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollarla İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.10-cu maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 114.1.1-ci və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsindəki 18 may 2021-ci il tarixli MN seriyalı ******* №li və 18 may 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar