Məhkəmə qərarları › İş №3(060)-1830/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1830/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1830/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin YPX-nin polis serjantı Tural Əsədzadə tərəfindən 16 aprel 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə AP № ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, sürücü Sumqayıt şəhəri, Koroğlu prospektində işıq cihazlarından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olduğu aşkarlanmışdır. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs X2lar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 20 may 2021-ci il tarixdə məhkəməyə daxil olsa da Şəxs məhkəməyə təqdim olunmamışdır. X2 Haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim olunmadığından onun iştirakının təmin olunması üçün Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə məktub ünvanlanaraq 26 may 2021-ci il tarixdə Şəxs iştirakının təmin olunması xahiş olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə X2 haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən X2 haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol məhkəməyə təqdim olunarkən X2 haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim olunmadığından inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana- Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinı geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə tərtib olunmuş AP № ******* №li inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana- Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılsın. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar