Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1832/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28620142 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X3 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28620142 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X5 şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətlə birlikdə, X5 qeyd olunan qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatətlə məhkəməyə müaciət etmişdir. X2 buraxılmış prosessual müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, elektron inzibati tənbeh vermə haqqında qərarının şəxsi kabinetə yüklənilməsindən onun xəbəri olmamışdır. Çünki, onun telefonu sadə telefondur. Həmin telefonda internet şəbəkəsi yoxdur. Ailə üzvləri xəstə olmuş, bilavasitə onların müalicəsi ilə məşğul olmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28620142 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin ötürülməsinin üzürlü hesab edilərək bərpa edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 bildirmişdir ki, iş materiallarına əlavə edilmiş çıxarışları mobil telefonunda olan “Sms Radar” mobil tətbiqindən çıxarmışdır. Onun elektron kabineti mövcuddur. Barəsində tənbeh qərarı qəbul edildiyi gün ona bu barədə SMS gəlmiş, lakin SMS-ə bamxadığı üçün məlumatsız olmuşdur. Bundan əlavə bildirmişdir ki, o təxmini 10 gün xəstə olmuşdur. Lakin, bu barədə tibbi sənədi olmadığı üçün təqdim edə bilmir. Göstərilən halları nəzərə alaraq prosessual müddətinin bərpası barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçini dinləyib, vəsatətin dəlillərini, eləcə də iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq vermə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, şikayət vermiş şəxsin “Asan” ödəniş portalında şəxsi kabineti mövcuddur, şikayətçi inzibati xəta haqqında protokol və qərar barədə müvafiq məlumatları həmin portal vasitəsi ilə almışdır. Bununla bağlı “Sms Radar” mobil tətbiqindən çıxarış da materiallara şikayətçinin özü tərəfindən əlavə edilmişdir. Həmçinin şikayətçi məhkəmə iclasında özü də bildirmişdir ki, barəsində tənbeh qərarı qəbul edildiyi gün ona bu barədə SMS gəlmiş, lakin SMS-ə baxmamışdır. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 57.6.1-ci maddəsinin tələbləri baxımından müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar SMS məlumat çatdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə şikayət vermiş şəxsə təqdim edilmiş hesab edilməlidir. Şikayətçi vəsatətində bir müddət ailə üzvlərinin xəstə olmasını, məhkəmə iclasında isə özünün xəstə olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-in 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Həmin Məcəllənin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28620142 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən veilmiş şikayət üzrə buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəblər müəyyən edilmədiyindən bu barədə vəsatət rədd edilərək müddət bərpa edilməməli, həmin qərardan X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28620142 nömrəli elektron inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X3 vəsatəti rədd edilsin və buraxılmış prosessual müddət bərpa edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28620142 nömrəli elektron inzibati tənbeh tətbiq etmə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytrılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1832/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1832/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver