Məhkəmə qərarları › İş №3(060)-1834/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1834/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1834/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Corat bağlarında fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 23 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4177 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-5837 saylı xx.xx.2024-cü il tarixli, 2(060)-5836 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə borclu Şəxs 5003 manat borcu üzrsüz səbəbdən ödəmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 bildirmişdir ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4177 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 4060 manatı üzrsüz səbəbdən ödəməmişdir. Eyni zamanda borclu 2(060)-5837 saylı xx.xx.2024-cü il tarixli, 2(060)-5836 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə 943 manat borcunu üzrsüz səbəbdən ödəməmişdir. Daha sonra borclu Şəxs ölkədə olmadığı üçün barəsində axtarış elan edilmişdir. İndiyə qədər icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Lakin borclunun valideynləri icra sənədləri üzrə tələbi ödəməyə hazırdır. Qeyd olunanlara əsasən borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzrə özünü təqsirli bilərək bildirmişdir ki, icra sənədləri üzrə ümumi 5003 manat borcu var. İndiyə qədər ödəniş etməməsinin səbəbi maddi imkanının olmamasıdır. X1 ödəməli olduğu 1300 manatdan müəyyən ödənişlər edərək borcunu 943 manata endirmişdir. O, tələbkar Zərərçəkmiş şəxs indiyə qədər 100 manat ödəniş etmişdir. Məhkəmə iclası vaxtı X1 943 manat borcunu ödəmişdir. Digər tələbkar Zərərçəkmiş şəxs da borcunu işləyən kimi ödəyəcək. Məhkəmədən himayəsində 2 azyaşlı övladının olmağını nəzərə alaraq güzəşt edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 2(060)-4177/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4000 manat borc və ödənilmiş 60 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4177 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görsənir ki, borclunun ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-4177/2023 saylı, xx.xx.2023-cü il tarixli, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-5836/2024 saylı,xx.xx.2024-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-5837/2024 saylı, xx.xx.2024-cü il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-1759/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs icra sənədi barədə xəbərdardır və bu günədək icra sənədini tam şəkildə icra etməməyinin səbəbi işləməməyidir. Tələbkarın vəfat etdiyini düşünərək bu günə qədər heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2(060)-5837/2024 saylı icra vərəqəsindəgörünür ki, cavabdeh Şəxs 365 (üç yüz altmış beş) manat əsas, 15 (on beş) manat dəbbə borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 410 (dörd yüz on) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X4 tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5837/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görsənir ki, borclunun ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs icra sənədi barədə xəbərdardır və bu günədək icra sənədini tam şəkildə icra etməməyinin səbəbi işsiz olmağıdır. İcra sənədi üzrə bugünədək heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2(060)-5836/2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 21647 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 473 manat əsas borc, 30 manat dəbbə pulu olmaqla, cəmi 503 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı X3 xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5836/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görsənir ki, borclunun ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, tələbkar X6 və Şəxs arasında razılıq əldə olunub və borclu hissə-hissə olmaqla ödənişini edir. Borclu barəsində icra işini dayandırmağı xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs “eManat” ödəniş sistemi vasitəsilə 943 manat X2 hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4177 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4060 manat borcu tələbkar Zərərçəkmiş şəxs ödənilməmişdir. İş üzrə xx.xx.2025-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş, borclu Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət olunmuş, xx.xx.2025-ci il tarixdə izahatı alınmış, lakin hazırkı dövrədək hər hansı ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində yetkinlik yaşına çatmayan 2 övladının olmasını, məhkəmə iclasında digər iki icra sənədi üzrə yəni 2(060)-5837 və 5836 saylı icra sənədləri üzrə ödənişi tam həyata keçirilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar