Məhkəmə qərarları › İş №3(060)-1835/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1835/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1835/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X8 katibliyilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X9 etibarnamə üzrə nümayəndəsi Nümayəndə3, qərardan şikayət vermiş şəxs X9 vəkili Vəkil, Azərbaycan Respublikası X6 X1 etibarnamə üzrə nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası X6 X1 inzibati xəta haqqında iş üzrə 05 iyun 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X12 şikayətlə məhkəməyə müraciət edərək X1 inzibati xəta haqqında iş üzrə 05 iyun 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi həmçinin vəsatətlə müraciət edərək şikayət verilməsi müddətinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1835/2023 saylı, 11 avqust 2023-cü il tarixli qərardadı ilə X9 mübahisələndirilən qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilərək şikayət icraata qəbul edilmişdir. X12 şikayətində göstərmişdir ki, X1 rəsmisi onun barəsində 05.06,2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən 1500 (bir min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixdə çıxarılmış MQ-0178 nömrəli məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarda (hər iki qərar ona xx.xx.2023-cü il tarixdə idarədə təqdim edilmişdir) aptekdə satışı həyata keçirilən hər biri 14 qr olmaqla 20 ədəd “Next Line” nişanlı xx.xx.2022-ci il istehsal, xx.xx.2024-cü il son istifadə tarixli nanəli saqqız, 18 ədəd "Next Line" nişanlı xx.xx.2022-ci il istehsal, xx.xx.2024-ci il son istifadə tarixli ananaslı saqqız, 20 ədəd "Next Line" nişanlı xx.xx.2022-ci il stehsal, xx.xx.2024-cü il son istifadə tarixli çiyələkli saqqız, 21 ədəd "Next Line" nişanlı xx.xx.2022-cil istehsal, xx.xx.2024-cü İl son istifadə tarixli "vertical" adlı saqqız, 7 adad "Next Line" nişanlı xx.xx.2022-ci il istehsal, xx.xx.2024-cü il son istifadə tarixli qarpızlı saqqız, 17 ədəd "Next Line" nişanlı xx.xx.2022-ci il İstehsal, xx.xx.2024-cü il son istifadə tarixli yaşıl assorti saqqız, 20 ədəd "Next Line" nişanlı: xx.xx.2021-ci il istehsal, xx.xx.2023-cü il son istifadə tarixli portağallı saqqız və 10 ədəd "Jetix" nişanlı xx.xx.2022-ci il istehsal, xx.xx.2024-cü il son istifadə tarixli nanəli saqqız məhsullarının üzərində Azərbaycan dilinə tərcüməsi ilə təmin edilməməsi və bu məhsulların satışının dayandırılması qeyd edilmişdir. Halbuki saqqızı aptekə satan və təqdim edən şirkətlər bu malları xaricdən idxal edərək zəruri icazə və sertifikatları almışlar. Əks halda bu malların ölkəyə idxalına icazə verilməzdi. Qərarda qeyd edilan malların o istehsalçısı və ya idxalçısı deyildir, bu malların üz qabığına və ya hər hansı bir hissəsinə müdaxilə etmək imkanı və ya səlahiyyəti yoxdur və bu malları birbaşa idxal edan şirkət isə hər kəsə (cavabdeh orqana və sahibkarlara) məlumdur. Belə olan halda cərimənin ona tədbiq edilməsi qanunsuz, əsassız və məntiqsizdir. Həmçinin alınan malların qablaşdırılmasında, yəni ümumi qutusunda məhsul barədə Azərbaycan dilində tərcümə mövcuddur. Sadəcə cavabdeh orqanın əməkdaşları saqqızı artıq qablaşmadan çıxmış vəziyyətdə qiymətləndirərək məhsulun üzərində tərcümə olmaması iradını bildirmişdir. Halbuki saqqızın birbaşa öz kağızına hər hansı dəyişiklik etmə səlahiyyətinin onda olmamasını anlamadılar. xx.xx.2023-cü il tarixli N0 Z ******* nömrəli məişət Sertifikatından da görünür ki, məhsul Türkiyə Cümhuriyyətindən "xxxx" MMC tərəfindən idxal edilərək, zəruri rəsmiləşdirmələr aparmışlar. Hesab edir ki, qərar qəbul edən orqan məsələni ədalətlilik prezumpsiyası ilə deyil, şablon prinsipi İlə araşdırmış və nəticədə qeyri obyektiv bir qərar çıxarmışdır. Onun əməlində İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində olan İnzibati icraata xitam verilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması növbəti dəfə 21 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X9 etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 şikayətə uyğun izahat verərək 05 iyun 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, arvadı X12 "xxxx" MMC-də satıcı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə işlədiyi X1 əməkdaşları tərəfindən "xxxx" MMC-də yoxlama aparılarkən MMC-də məhsul şəxsi soruşduqda X12 işi bilən və iş stajı digər satıcılardan çox olmasından özünü məhsul şəxs kimi təqdim etmişdir. X12 həmin MMC-də vəzifəli şəxs deyil, Vəfa kimi orada işləyən bir neçə işçi var, qərarın Vəfa barəsində qəbul edilməsi anlaşılan deyil. Bundan başqa "xxxx" MMC-nin fəaliyyət göstərdiyi obyektin sahibi ilə "xxxx" QSC arasında icarə müqaviləsi bağlanmış icarə haqqı da "xxxx" QSC tərəfindən ödənilir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də yoxlamada olan zaman onlara bildirildi ki, məhsul şəxs burada deyil, 30 dəqiqə məhsul şəxsi gözlədikdən sonra X12 gələrək özünü məhsul şəxs kimi təqdim etmiş və bu barədə yazılı ərzisəini onlara təqdim etmişdir. Yoxlama zamanı "xxxx" MMC-də saqqız qablaşdırılmaların üzərində tərcümə olmasına baxmayaraq, lakin saqqızları tək-tək istehlakçılara satılarkən həmin saqqızların üzərində tərcümə mövcud deyildir. Alıcı məhsulu alarkən alınan malın tərkibini bilməlidir. Qeyd olunan saqqızlar Tükiyə Respublikasından idxal olunan zaman saqqızların hər partiyasına baxmaq mümkün deyildir, lakin sistem üzərindən baxış keçirilmiş və gömrükdən buraxılması üçün X6 tərəfindən sertifikat verilmişdir. X12 özünü vəzifəli şəxs kimi təqdim etdiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınmaqla şikayətin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmənin növbəti iclasında iştirak edən X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 da izahatında digər Nümayəndə2 izahatına uyğun izahat verdi. İş materiallarını araşdıraraq, məhkəməyə təqdim olunmuş foto şəkilləri nəzərdən keçirərək və şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsinin və qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndələrinin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X12 barəsində 25 may 2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 05 iyun 2023-cü il tarixdə MN № ******* saylı qərar qəbul edilərək X12 barəsində İXM-nin 447.0.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o 1.500,00 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş 02.17.202-cü il tarixli Azərbaycan Respublikası X6 Qida Təhlükəsizlik Sertfikatından görünür ki, yuxarıda göstərilən məhsul partiyası təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan norma və qaydalara uyğundur. İş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, X12 əmək müqaviləsiə əsasən "xxxx" MMC-də satıcı vəzifəsində işləyir. Göründüyü kimi Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, X12 əmək müqaviləsiə əsasən "xxxx" MMC-də satıcı vəzifəsində işlədiyi təqdirdə Qida X3- X14 tərəfindən 25 may 2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 05 iyun 2023-cü il tarixdə MN № ******* saylı qərar qəbul edilərək X12 barəsində vəzifəli şəxs olaraq İXM-nin 447.0.3-cü maddəsi ilə qərar qəbul edilərək 1.500,00 manat məbləğində cərimə olunmuşdur. Halbuki, İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsidir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Eyni Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə başlanılmış hesab edilir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərini pozmaqla tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır, X9 İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X12 öz təqsirsizliyini sübuta yetirməli deyil. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar ləğv olunmalı və inzibati xəta haqqında işə yenidən baxılmalıdır. Çünki səlahiyyətli orqan tərəfindən inzibati xətaya dair işə baxılarkən satıcı vəzifəsində işləyən X12 vəzifəli şəxs kimi inzibati məsuyliyyətə cəlb olunmuşdur. Həmin halların araşdırılması, yol verilmiş pozuntuların aradan qaldırılması hazırda mümkün deyildir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası X6 X1 05 iyun 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. X1 05 iyun 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X1 25 may 2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokolu əsasında X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işə yenidən baxılması üçün materiallar X4 qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar